İrandakı Korona; Xəstələr gözləmə siyahısındadır
İranın müxtəlif şəhərlərindən gələn xəbərlər şəhərlərarası trafikin əhəmiyyətli dərəcədə azaldığını göstərir. Həm də on minlərlə insana cərimə tətbiq edilməsi və bəzi əsnafın bağlanması, tətilin üçüncü günündə xalqın Koronaya qarşı Milli Qərargahın təsdiqlərini daha ciddi şəkildə izləməsinə səbəb oldu. Statistika Tehranda ölüm sayında azalma olduğunu göstərir, lakin paytaxtdakı xəstəxanalara göndərilən xəstələrin sayı hələ də artmaqdadır. Ölkənin ümumi statistikasını açıqlayan Səhiyyə Nazirliyinin gündəlik statistikasına görə, ölüm halları və virusun yayılması son həftələrdə olduğu kimidir; Bununla birlikdə, kütləvi bağlanma planının nəticələrini nəzərdən keçirmək hələ tezdir və bunun aydınlaşması üçün ən azı iki həftə vaxt lazımdır. Ayrıca, qlobal korona virusu peyvəndi istehsalının İrana müjdələnməsi müsbət reaksiyalara səbəb oldu. Bəzi səlahiyyətlilər, İran aşılarının istehsalı ilə eyni zamanda qlobal aşıların satın alınmasını izlədiklərini açıqladılar. Eyni zamanda, İranda “ənənəvi tibb” və Kovid-19 xəstəliyinin müalicəsindəki təsiri barədə müzakirələr hələ də dəvam keçir.
Paytaxtdaki ölümlərdə 12 faiz azalma
Tehran Şəhər Şurasının üzvü Həsən Xəlilabadi, paytaxtda Korona virusundan ölənlərin sayının yüzdə 10 ilə 12 arasında azaldığını bildirdi. O Korona virusuna qoyulan məhdudiyyətlərin ölüm sayını azaltdığını söyləyir.
Tehran Şəhər Şurası üzvünün açıqladığı statistikaya görə, çərşənbə axşamı Tehranda Korona virusu səbəbindən 131 ölüm qeydə alındı və bu, keçən həftəyə nisbətən azaldı. O Hal-hazırda koronavirusdan ölməkdə olan insanların xəstəxanaya yerləşdirilənlər və Kritik vəziyyətdə xəstəxanalara yatan insanlar olduğunu söyləyir.
Noyabrın son həftəsində Tehran Şəhər Şurasının üzvü Nahid Xodakərəmi, Səhiyyə Nazirliyi və Tehrandakı Beheşt Zahra statistikasına görə, epidemiyanın əvvəlindən Korona virusu ilə əlaqəli ölüm sayının 19 mindən çox olduğunu açıqladı. Şuraya görə, yalnız Tehranda hər gün 150-dən çox insan korona virusundan ölür.
Təcriş Xəstəxanasının rəisi: Xəstəxanaya gələnlərin sayı çoxdur
Tehran Şəhər Şurasının üzvü ölənlərin sayının azaldığını desə də, Tehranda ziyarətçilərin sayının artdığına dair məlumatlar var. Şohədaye Təcriş Xəstəxanasının rəisi Riza Cəlili Xoşnudun dediyinə görə, çərşənbə axşamı günündən etibarən 30-dan çox xəstə palatalara və İCU-ya köçürülmək və xəstəxanaya yerləşdirilmək üçün gözləmə siyahısındadır.
Şohədaye Təcriş Xəstəxanasının rəisi karantin tətbiq olunmasına baxmayaraq xəstəxanaya müraciət sayının hələ çox olduğunu düşünür: “Təəssüf ki, bir çox mərkəzdə yer azdı, amma Allaha şükür ki, bizim yerimiz az deyil. Təəssüf ki, xəstələrin vəziyyəti çox yaxşı deyil və insanlar özləri və ailələri haqqında düşünməlidirlər.”
Minu Mohrəz: Əttarları ümumiyyətlə qəbul etmirik
Bu günlərdə Səhiyyə Nazirliyi tərəfindən koronavirus müalicəsində təsirli olan dörd ənənəvi tibb dərmanının lisenziyalaşdırılması müxtəlif reaksiyalarla qarşılandı.
Koronaya Qarşı Milli Qərargahın elmi komitəsinin üzvü olan “Minu Mohrəz” ənənəvi tibblə bağlı bu günlərdə səsləndirilən fərqli açıqlamalar haqqında belə deyir: Baxın, ənənəvi tibb var, hətta öz fakültəsi və mütəxəssisləri var. Dedikləri bir şeyə sahib olmaq üçün yeni metodlarla araşdırma aparmalıdırlar. Əttarlar bir tərəfdən yığılmalıdır. Təəssüf ki, ənənəvi tibbin bir hissəsi Əttari sisteminə daxil oldu. Əttarini ümumiyyətlə qəbul etmirik. Bu səbəbdən bu tamamlayıcı dərmandan sui-istifadə olunur. Bu tərzdə tibb olmalıdır, qəbul edirik, amma yerində.”
Bundan əvvəl “Tibbi Sistem Təşkilatı” nın rəisi “Məhəmməd Riza Zəfərqandi”, “Qida və Dərman Təşkilatı” rəisinə göndərdiyi bir məktubda, koronavirus müalicəsi üçün ənənəvi tibb sahəsinə aid edilən dərmanların təsdiqinə səbəb olan elmi sənədlər istəmişdi.
Səhiyyə nazirinin müavini Riza Mələkzadə də bu yaxınlarda istefa etdi; Ənənəvi tibb hekayəsinin təsirlərinin açıq şəkildə görülə biləcəyi bir istefa. İstefasının mətninə belə yazdı: “Bütün inkişaf etmiş ölkələr dərmanın mövcudluğunu böyük klinik sınaq tədqiqatları ilə əlaqələndiriblər və İran müasir tibbi inkişaflar və koronavirusun mürəkkəb tərəfləri barədə heç bir məlumatı olmayan və özlərinə araşdırma zəhmətini verməyən yalançı elm tərəfdarlarının təklif etdiyi müalicələrə etibar edə bilinməz.”
Təxminən 6 min xəstə reanimasiya şöbəsinə yerləşdirilib
Səhiyyə Nazirliyinin sözçüsü “Sima Sadat Lari”nin təqdim etdiyi son statistikaya görə 24 Noyabr 2020-ci il çərşənbə axşamı günortaya qədər olan 24 saat ərzində koronavirus testinin nəticəsi İranda 13 min 721 nəfər üçün müsbət olub, bunlardan 2 min 801 nəfəri xəstəxanaya yerləşdiriliblər. Rəsmi statistikaya görə, bu dövrdə 483 nəfər koronavirüsdən öldü. Çərşənbə axşamı günortadan etibarən bu xəstəlikdən qəti ölümlərin ümumi sayı 45 min 738-ə çatıb.
Hazırda bu xəstəliyin ağır vəziyyətdə olduğu 5824 xəstəyə reanimasiya şöbələrində baxılır.
Lariyə görə, Tehran, İsfahan, Qum, Doğu Azərbaycan, Güney Xorasan, Semnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Boyer-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasan, Mazandaran, Çaharmahal və Bəxtiyari, Əlborz, Batı Azərbaycan, Mərkəzi Kerman, Quzey Xorasan, Həmedan, Yəzd və Kürdüstan qırmızı vəziyyətdə, Hormozqan, Fars, Sistan və Bəluçistan və Gülistan əyalətləri də narıncı vəya sarı vəziyyətindədir.
Əlborzda virus başlandığı gündən bəri 2 min 206 ölüm baş verib
Əlborzda son həftələrdə xəstələrin sayı artmaqdadır və çərşənbə axşamı günortaya qədər olan 24 saat ərzində əyalətdəki tibb mərkəzlərinə 97 yeni xəstə qəbul edildi. Bu insanlarda yalnız Kovid-19 xəstəliyinin əlamətləri var idi və yaxın günlərdə onların PCR müayinəsi vəziyyətlərini təyin edəcəkdir. Hazırda 842 nəfər (müəyyən, ehtimal olunan və şübhəli hallar daxil olmaqla) xəstəxanaya yerləşdirilib. Həm də bu dövrdə, virusa yoluxmuş 20 qəti xəstə həyatını itirdi və Əlborzda bu xəstəliyin ümumi ölüm sayı 2 min 206 nəfərə çatdı.
Dünən axşam Kirmanşahda 18 nəfər Koronadan öldü
Kirmanşah əyalətində, hazırda korona virusu şübhəlisi 889 xəstə bu əyalətin tibb mərkəzlərində yatır. Bunlardan 166 nəfəri ICU şöbələrində xəstəxanaya yerləşdirilib ki, bunlardan da 44 nəfərinin vəziyyəti ağır ağırdır və cihazla nəfəs alırlar.
Çərşənbə axşamı günortaya qədər olan 24 saat ərzində, əyalətdəki ümumi ölüm sayına 18 xəstə daha əlavə edildi və Kovid-19-dan ölənlərin ümumi sayı 1199 nəfərə çatdı.
Kürdüstandakı xəstələrin üçdə ikisindən çoxunun Sənəndəcdə xəstəxanaya yerləşdirilib
Kürdüstan bu günlərdə də yaxşı vəziyyətdə deyil və əyalət statistikasına görə, çərşənbə axşamı günortaya qədər olan 24 saat ərzində 287 nəfərin testi müsbət olub. Hal-hazırda Kürdüstan xəstəxanalarında 647 koronavirus xəstəsi yatır, bunların əksəriyyəti Sənəndəcdədir ki 419 nəfəridir. Eyni dövrdə altı xəstə öldü və Kürdüstandakı Kovid-19 xəstəliyi səbəbiylə ölümlərin ümumi sayı 886 nəfərə çatdı.