İrandakı Korona; Səhiyyə Nazirinin dörd rəqəmli gündəlik ölümlərlə bağlı xəbərdarlığı
İranda Korona xəstələrinin yeni sayı kəskin şəkildə artdı və son üç həftədə gündəlik ölüm sayı nadir hallarda 400-dən az idi. Ölənlərin sayı Bazar ertəsi günü 486 nəfərdi ki bu rəqəm Çərşənbə axşamı gününə görə sadəcə 4 nəfər azdı.
Səhiyyə Nazirliyinin bir çox mütəxəssisi və məmuru, epidemiya ilə mübarizə aparmaqla yanaşı, tibb işçilərini canlandırmaq və xəstəxana təchizatını gücləndirməyin yeganə yolunun metropolitenlərdə tamamilə bir müddət bağlanmağı vurğulayırlar.
Bəzi məlumatlara görə, metropollərin tamamilə bağlanması üçün başlanğıc planı Həsən Ruhaninin müxalifəti üzündən tərk edildi və “kütləvi bağlanma” planı olaraq bilinən başqa bir plan təklif edildi.
Rəsmi olaraq “Koronaya qarşı Dinamik Kısıtlamaların İcrasına dair Hərtərəfli Plan” adlandırılan planın bir neçə günə, 21 Dekabr tarixində həyata keçirilməsi planlaşdırılır. Həsən Ruhani hökuməti, “həmrəylik” və “kütləvi səfərbərlik” sayəsində bu planın Kovid 19-a qarşı müvəffəq olacağını ümid edir.
Bu arada Səhiyyə Naziri Səid Nəməki, “İnsanlar geriyə düşərsə, oyunu itirəcəyik” dedi və Korona virusundan ölümlərin dörd rəqəmə çatmasınin mümkün olduğunu vurğuladı.
Geniş bağlanma planının təfərrüatları
Milli Korona qərargahının sözçüsü Əliriza Rəisinin sözlərinə görə, plana görə ən azı 25 əyalət mərkəzi ilə yanaşı bəzi metropol bölgələrində də məhdudiyyətlər qoyulaacaq. Bu şəhərlərdə yalnız “birinci səviyyəli işlərin” fəaliyyət göstərməsinə icazə verilir. Yəni əsas ehtiyac mərkəzləri, zəruri xidmətlər, xilasetmə, zəncir mağazalar, xəstəxanalar və klinikalar daxil olmaqla sağlamlıq mərkəzləri və su, elektrik, qaz və telefon infrastrukturu təchizatı mərkəzləri kimi yerlər.
Ayrıca, bu plana görə, hər üç rəngdə (qırmızı, narıncı və sarı) hər şəhərdəki bütün məktəblər, universitetlər və dini və mədəni mərkəzlər bağlanacaq və cümə namazı qılınmayacaq.
İdarələr də işçi heyətinin üçdə birinə qədər işləmək hüququna malikdir.
Şəhərlərarası trafik də qırmızı və narıncı ərazilərdəki məhdudiyyətlərlə əlaqələndirilir: Qırmızı və ya narıncı statusu olan şəhərlərdə yerli nömrəli avtomobillərin başqa şəhərlərə getməsinə icazə verilmir. Məsələn, bir avtomobilin Tehran nömrəsi varsa, İsfahan şəhərinə girə bilməz. Qırmızı şəhərlərdə yerli olmayan nömrələrə də icazə verilmir. Məsələn, İsfahan nömrəli bir avtomobilin Tehrana girişi qadağandır.
Məlumatlara görə, qaydanı pozanlara qarşı cərimələr də tətbiq olunacaq.
Qrafiklərin dik yamacı
1 Noyabrdan bəri, üç gün istisna olmaqla, Korona səbəbiylə ölənlərin sayı hər gün 400-dən çox idi. 16 Noyabr Bazar ertəsi günü 486 ölüm rəqəmi, eyni zamanda İranda Korona tətili başlayandan bəri ən yüksək göstəricidir. Ancaq bu tendensiya davam edir və çərşənbə axşamı günü itki sayı yalnız yalnız əvəlki günə görə dörd az oldu.
Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, çərşənbə axşamı günü bir gecədə daha 482 nəfərin Korona xəstəliyindən öldüyünü açıqladı və ölənlərin ümumi sayını 42 min 461-ə çatdığını dedi.
Yeni hadisələrin sayı da Çərşənbə axşamı günü İranda Korona tətili başlayandan bəri ən yüksək səviyyəyə çatdı.
Səhiyyə Nazirliyinin sözçüsünün sözlərinə görə, bir gecədə 13 min 352 yeni xəstəlik qeydə alınıb, onlardan 3000-dən çoxu xəstəxanalara yerləşdirilib.
Keçən həftə, 10 Noyabrda ilk dəfə yeni xəstələrin sayının 10 mindən çox olduğu bildirildi və o zamandan bəri bu meyl artdı.
Səhiyyə Nazirliyinin sözçüsünün verdiyi məlumata görə, Hormozgan, Fars, Gülistan və Sistan və Bəluçistan olmaqla yalnız dörd əyaləti narıncı və ya sarı rəngdə, İranın bütün digər əyalətləri də qırmızı rəngdədir.
Məhdudiyyətlər Tehran şəhərində tətbiq olunur
Dekabrın 21-dən bəri tətbiq ediləcək məhdudiyyətlərin əhatə dairəsi hələ aydın deyil. Bu anlaşılmazlıqların ən vaciblərindən biri də Tehranın bağlanması məsələsidir. “Fərqli məmurlar bu barədə fərqli açıqlamalar verdilər və son hadisədə Tehran valisi İsa Fərhadi söylədi: Gərəksiz iş yerləri bağlanmalı və axşam saat 9-dan səhər saat 4-ə qədər komendant saatı olacaq.
Kaşan xəstəxanalarının tutumunun tamamlanması; İdman salonunda 80 çarpayı hazırlandı
Kasşan Tibb Elmləri Universitetinin rektoru “Əliriza Morəveci,” bəzən bir əilənin tamamilə xəstəxanaya yerləşdirildiyini söylədi: “Həftədə 100 min adama düşən infeksiya nisbəti 35 epidemiyadır, İsfahan əyalətində 17, Kaşan bölgəsində isə 13 Noyabrda 64 idi, yəni xəstəxanaya yerləşdirilənlərin sayı buzdağının görsəndiyidi sadəcə və həqiqi rəqəm dəfələrlə çoxdur, yəni hələ də bir neçə naməlum şəxs evdə qalır.”
Tibb rəsmisi, bütün xəstəxanaların dolduğunu və Kaşan Beheşti Universitetinin nəzarəti altında olan idman salonunun “təchiz edildiyini və hazırlandığını və 80 çarpayı ilə hazırlamalı olduqlarını” söylədi.
Çərşənbə axşamı günü İsfahan valisi Abbas Rizayi də Tehranda iki həftəlik tətil və şəhərlərə gəzinti ilə bağlı narahatlığını dilə gətirərək, “Səyahətlərin qarşısını almaq üçün qırmızı şəhərlərin bir günə bağlanmasını planlaşdırırıq” dedi.
Kiş adasında 20 nəfər öldü
Kiş adasında Korona ilə ölənlərin sayı 20 nəfərə çatdı və bu adanın rəsmilərinə görə ölüm sayının artmasının əsas səbəblərindən biri insanların tibb mərkəzlərinə gec gəlməsidir.
Kiş Sağlamlıq İnkişaf Mərkəzinin direktoru “Məhəmməd Riza Rizaniya” bütün insanlara bu xəstəliyin əlamətləri görünən kimi dərhal xəstəxanaya və ya tibb mərkəzinə getmələrini tövsiyə etdi: “Hər hansı bir ağciyər simptomu korona xəstəliyi üçün bir risk faktoru olaraq qəbul edilməlidir və əmin olmalılar ki, korona xəstəliyinin ilk günlərində xəstəxanaya gələrlərsə, müalicəsi və sağalması və xəstəlikdən əvvəlki vəziyyətə qayıtması çox asan olacaq.”
Kirmanşahda xəstəxanaya yerləşdirilən xəstələrin sayı 1110 nəfərə çatdı
Statistikaya görə həftələrdir kritik bir qırmızı vəziyyətdə olan Kirmanşahəyalətində, çərşənbə axşamı günortaya qədər olan 24 saat ərzində 17 nəfər daha öldü və buna görə bu əyalətdə ümumi ölümlərin sayı 1116 nəfərə çatdı.
Kirmanşah Tibb Elmləri Universitetinin Korona qərargahının məlumat komitəsinin rəhbəri “Mehdi Məhəmmədi” bu əyalətdəki vəziyyəti belə izah etdi: Dünən gecə 234 nəfər xəstəxanaya yerləşdirildi. Hazırda əyalətdə 1269 çarpayı hazır etmişik və hazırda 1110 nəfər əyalətin tibb mərkəzlərində xəstəxanadadır.”
Şənbə günü kütləvi bağlanma planının başlanması səbəbiylə, Kirmanşah əyalətinin səlahiyyətliləri bu əyalətin bütün şəhərlərinin qırmızıya çevrildiyini açıqladı. Bu o deməkdir ki, bu əyalətdə qırmızı vəziyyət protokolları tətbiq olunmalıdır.