İrandakı Korona; Ölüm sayının artması, havanın çirklənməsi və Səhiyyə nazirinin Fatimiyyə günləri ilə bağlı açıqlamaları
İran Səhiyyə Nazirliyinin rəsmi statistikasına görə, Korona qurbanlarının sayı ardıcıl olaraq ikinci gün, yəni çərşənbə günü də artdı. Mazandaran, Fars və Kirman da daxil olmaqla bəzi əyalətlərdəki vəziyyət də çox kövrək olaraq xarakterizə edilmişdir. Digər tərəfdən, İran metropollarında havanın çirklənməsi və temperatur inversiyası fenomeni son günlərdə artmışdır və yaxın günlərdə Tehranın bağlanması ilə bağlı ehtimallar mövcuddur. Eyni zamanda, “Fatimiyyə günləri” olaraq bilinən dini mərasimlər üçün toplantılarla bağlı narahatlıqlar da çoxalıb.
Səhiyyə naziri: Fatimiyyə günləri Məhərrəm kimi olmalıdır
Səhiyyə Naziri “Səid Nəməki” 30 Dekabr 2020-cı il çərşənbə günü Mazandaran əyalətindəki mövcud vəziyyətə toxunaraq dedi: “Mazandaranda vəziyyət əlverişli deyil və bu əyalətdə xəstəxanaya yerləşdirmə və ölüm sayı artır”.
Mazandaran əyaləti, son həftələrdə ölkədə olan 12 qırmızı şəhərdən 5 şəhər ilə kritik bir vəziyyətdə olan əyalətlərdən biri idi və indi 1000-dən çox xəstəxanaya yerləşdirilmiş xəstəsi olan yüksək riskli əyalətlərdən biri olaraq deyilir.
Korona peyvəndi ilə bağlı da Nəməki bunları söylədi: Bu yerli peyvəndə əlavə olaraq, peyvəndi etibarlı mənbələrdən almağa çalışırıq və peyvəndi almaq mərhələsindəyik. Xarici peyvəndlər almaq üçün vaxt ayırdıq və bu o demək deyil ki, İran peyvəndlərinin gəlişi və istehsalına dair müjdə versək, insanları yerli peyvəndləri gözləməyə çağırırıq.”
Nəməki ayrıca xalqı “Fatimiyyə günləri” adlı dini mərasim Məhərrəmlik günləri kimi keçirməyə çağırdı.
Bundan əvvəl çox sayda həkim və səhiyyə mütəxəssisi 2020-ci ilin yayının sonu və payızın əvvəlində xəstələrin və ölümlərin artmasının əsas səbəblərindən birinin Məhərrəm ayında yas mərasimlərinin keçirilməsini olduğunu bildirmişdi.
İranın Səhiyyə Naziri, yeni Korona növlərinin hələ ölkəyə girmədiyini və İngiltərədən ölkəyə qayıdan üç İran vətəndaşının mənfi sınaqdan keçdiyini təkrarladı.
korona dərmanlarının hammısı ölkədə istehsal olunur
Qida və Dərman təşkilatının rəhbəri Məhəmməd Riza Şanesaz, Korona dərmanlarının yüzdə 90-dan çoxunun epidemiyanın başlanğıcında xaricdən gətirildiyini, ancaq indi “koronanı müalicə etmək üçün istifadə edilən bütün dərmanların İranda istehsal edildiyini” söylədi.
Korona xəstəliyinin başlamasından 10 ay keçməsinə baxmayaraq, bu xəstəliyin müalicəsi tapılmadı və bu dövrdə xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün bəzi dərmanlar, o cümlədən remdesivir dərmanı müalicəvi vasitələr köməkçi dərman kimi istifadə edildi. Bununla birlikdə, müxtəlif tədqiqatlar bu dərmanların Kovid-19 xəstəliyinə təsiri ilə bağlı ziddiyyətli nəticələr göstərmişdir.
İslam Respublikası səlahiyyətliləri son aylarda dəfələrlə bu dərmanların istehsal və tədarükünün özlərinə aid olduğunu bildirdilər.
Son günlərdə Korona ölümlərinin sayında nisbi artım
Səhiyyə Nazirliyinin sözçüsü Sima Larinin açıqladığı son rəsmi statistikaya görə, 30 Dekabr 2020-ci il çərşənbə günü günortaya qədər qəti diaqnostik meyarlara əsaslanaraq İranda 807 nəfəri xəstəxanaya yerləşdirilən 6272 yeni Korona xəstəliyi aşkar edildi.
Ayrıca, 149 Kovid-19 xəstəsinin ölümü ilə bu xəstəlikdən ölənlərin ümumi sayı 55 min 95 nəfərə çatdı. Çərşənbə günü İranda gündəlik ölü sayının artdığı ikinci gün idi.
Hazırda bu xəstəliyin ağır vəziyyətdə olan 5087 xəstəyə reanimasiya şöbələrində baxılır.
Hazırda Korona baxımından 108 şəhər narıncı, 340 şəhər isə sarı rəngdədir.
Tehranda havanın çirklənməsi və bu şəhərin bağlanması ilə bağlı suallar
Tehran şəhəri bu günlərdə 2020-ci ilin ən çirkli günlərini yaşayır. Tehran valisi Ənuşirvan Mohseni Bəndapi, əyalətdə 6 və 7 Noyabr tarixlərində xəstəxanaya yerləşdirmə sayının 6700 olduğunu və bu sayın indi 2300 nəfərə düşdüyünü söylədi.
Onun sözlərinə görə, ölənlərin sayı gündə təxminən 28 nəfərə düşüb.
Tehran valisi əyalətin bağlanması barədə dedi: “Vəziyyət pisləşərsə, təkliflər, o cümlədən müvəqqəti bir və ya iki günlük fasilələr, birinci vitse-prezidentə və kabinetə bu şərtlər altında hərəkətə keçməsi üçün elan edildi.”
Əvvəlki məlumatlara görə, hava çirkliliyi tənəffüs yollarının xəstəliklərini artırır və tibb mərkəzlərinə göndərilən xəstələrin sayının artmasına birbaşa təsir göstərir.
“Məhəmməd Riza Zahedpur Ənarəki,” bir pulmonoloq olaraq çərşənbə günü dedi: “Çirkləndiricilər korona xəstəliyinin ötürülmə riskini artıra bilər. Koronavirus çirkləndiricilərə yapışır və xəstəliyi ötürür. Maska tövsiyəsi də bunun üçündür. Xüsusilə tıxac və trafik olduğu yerdə havada bir viral infeksiya var və virus tez ötürülür.”
Gülistanda Korona ölümlərinin təkrəqəmli statistikası
Gülistan Tibb Elmləri Universitetinin qida və dərman işləri üzrə müavini Paniz Sədrayinin verdiyi bilgilərə görə, Kovid 19-dan ölənlərin sayı son iki həftədə artsa da, son həftədə azalmaqdadır.
O Kovid-19 xəstəliyi səbəbiylə əyalətdə hər gün 10-11 nəfərin öldüyünü söylədi.
Tibb rəsmisi, ayrıca sağlamlıq protokollarına əməl edilmədiyi təqdirdə əyalətdəki vəziyyətin qırmızıya dönəcəyini xəbərdar etdi.
Kirmanşahda 55 yeni Korona xəstənin xəstəxanaya yerləşdirilməsi
Kirmanşah əyalətində və son statistikaya görə, koronavirus yayılması baxımından bütün şəhərlərin vəziyyəti sarıdır. Həmçinin, çərşənbə günü günortaya qədər olan 24 saat ərzində 55 yeni xəstə korona xəstəliyi əlamətləri daşıyan xəstə xəstəxanaya yerləşdirildi və 47 xəstə sağaldıqdan sonra xəstəxanadan buraxıldı.
Hazırda Kermanşah əyalətində 180 xəstə əyalət xəstəxanalarında yatır.
Ayrıca, qəti şəkildə yoluxmuş başqa bir xəstənin ölümü ilə bu əyalətdə virusun başlanğıcından bəri ölümlərin ümumi sayı 1424 nəfərə çatdı.
Kürdüstandakı 34 Koronalı xəstənin vəziyyəti kritikdir
Kürdüstan əyalətində, çərşənbə günü günortadan əvvəl 24 saat ərzində 48 yeni korona xəstəliyi olan xəstəsi təsbit edildi və Kürdüstandakı 34 Koronalı xəstənin vəziyyəti kritikdir.
Hal-hazırda əyalətdə 155 Korona xəstəliyi olan xəstəxanaya yerləşdirilib, və Sənəndəc 88 xəstə ilə ən çox xəstəsi olan şəhərdir.
Başqa 3 xəstənin ölümü ilə Kürdüstandakı Kovid-19 xəstəliyindən ölənlərin ümumi sayı 1034 nəfərə çatdı.
Ərdəbildəki ən son Korona statistikası
Ərdəbil əyalətindən də bildirilir ki, çərşənbə günü günortaya qədər Ərdəbil əyalətindəki tibb mərkəzlərinə qəti korona xəstəliyi olan 34 yeni xəstə əyalət xəstəxanalarına yerləşdirildi. Bunlardan 20-si Ərdəbildən, 3 nəfəri Parsabaddan, 7 nəfəri Meşkinşəhrdən, 1 nəfəri Garmidən və 3 nəfəri isə Xalxaldandılar. Digər tərəfdən, eyni dövrdə, 27 Koronalı xəstə nisbi yaxşılaşma ilə Ərdəbil əyalətindəki xəstəxanalardan çıxarıldı.
Hazırda Ərdəbil əyalətində xəstəxanaya yerləşdirilən xəstələrin ümumi sayı 258 nəfərdir, bunlardan 70 nəfəri ağır vəziyyətdədir və reanimasiya şöbəsində yatırılıblar.
Hal-hazırda Ərdəbil, Parsabad və Meşkinşəhr şəhərləri narıncı vəziyyətdə, Xalxal, Biləsvar, Nir, Germi, Nəmin, Səreyn, Kosər və Aslanduz şəhərləri sarı vəziyyətdədirlər.