İrandakı Korona; Kütləvi bir bağlanma planı ərəfəsində yerli nömrəli olmayan avtomobillərin vəziyyətində yaranan qeyri-müəyyənlik
Koronaya Qarşı Qərargahının “Geniş Bağlanma” planı adlanan planının Noyabrın 21-də həyata keçirilməsi planlaşdırılır. Planın həyata keçirilməsindən iki gün əvvəl yerli olmayan nəqliyyat vasitələrinin 25 qırmızı əyalətə girişinə qadağa qoyulmasını tələb etsə də, müxtəlif əyalətlərdə geniş, lakin səyahətlərə dair və əyalətlər arasında koordinasiya edilməmiş məlumatlar var.
Şəhərətrafı gəzintilərinin artması və hər əyalətin fərqli qaydaları
İranın yol polisi çərşənbə axşamı əyalət mərkəzlərinə trafik qadağasının tətbiqinin çərşənbə günü səhər başlayacağını açıqladı. Ancaq məlumatlara görə, bir çox vətəndaş çərşənbə axşamı axşam saatlarında şəhər xaricində, xüsusilə İranın quzey əyalətlərinə səyahətə başladı. Bəziləri üçün iki həftəlik məhdudiyyət izin kimi idi.
İran rəsmiləri əvvəllər trafik məhdudiyyətlərinin Çərşənbə günündən etibarən tətbiq olunmasını vurğulasa və qaydanı pozanlar üçün 500 min tümənlik cərimə elan etsələr də, bu qadağanın tətbiqi 25 qırmızı əyalətin hər birində fərqli olub.
Mərkəzi əyaləti yol polisi trafik, layihənin “bəzi mülahizələr” səbəbiylə çərşənbə günü ləğv edildiyini və şənbə günü tətbiq ediləcəyini söylədi.
Mazandaran yol polisi, yerli olmayan nəqliyyat vasitələrinin girişinə qoyulan qadağanın şənbə günündən etibarən tətbiq olunacağını da bildirdi.
Tehran əyalət yol polisi də əyalətdən çıxma qadağasının şənbə gününə qədər təxirə salındığını bildirdi.
Bununla yanaşı, Zəncan və Qəzvin əyalətindəki səlahiyyətlilər çərşənbə günündən etibarən yerli olmayan avtomobillərə qadağa qoymağa başladıqlarını söylədilər.
Digər tərəfdən, Səhiyyə Nazirliyinin bir sıra səlahiyyətliləri şəhərətrafı səyahətləri tənqid etdilər.
Bir yoluxucu xəstəlik mütəxəssisi və Koronaya Qarşı Mübarizə Qərargahının elmi komitəsinin üzvü olan “Məsud Mərdani“, ölkənin quzeyinə edilən səyahət dalğasını tənqid etdi və səfərlər dalğasını xalq tərəfindən istehzalı bir tonla “dastan” adlandırdı və bunları söylədi: “Biz insanlara məsləhət vermək yetkinliyimiz yoxdur, amma ümumiyyətlə quzeydən ayrılmayanlar dünən gecə yeni bir dastan yaratdılar.”
O dedi: “Dünən gecə möcüzəvi şəkildə yollarda quzeyə gedən insanları gördük. Məhdudiyyətlər qoyulmadan insanlar səyahətlərini dəvam etdirmək üçün bu qədər planlaşdıracaqlarını gözləmirdik.”
Yoluxucu xəstəlik mütəxəssisi səyyahları lazımsız işlər üçün mümkün qədər evdən çıxmamağa, gəzməyə çıxmamağa, əllərini tez-tez yumağı unutmamağa, restoranlarda yemək yeməməyə, alış-verişə getməməyə çağırdı.
Şənbə günü səhərdən etibarən iki həftə ərzində həyata keçirilməli olan plana əsasən, İranın 160 şəhərində lazımsız müəssisələr bağlanacaq və ofis işçilərinin bir qismi uzaqdan çalışmaya keçəcək.
Xüsusi şirkətlərin işçilərinin qeyri-müəyyənliyi
Tehran valisi Ənuşirvan Mohseni Bəndapey, Tehran əyalətinin narıncı və qırmızı şəhərlərində uzaqdan çalışma layihəsinə toxunaraq, insanlara zəruri xidmətlərin göstərilməsinin təxirə salınmamalı olduğunu söylədi.
Koronaya Qarşı Milli Qərargahın qərarına və İnzibati və Məşğulluq Təşkilatının təlimatına əsasən, 21 Noyabrdan etibarən narıncı şəhərlərdə 50 faiz çalışan sayı tətbiq ediləcək və qırmızı şəhərlərdə üçdə ikisi işləyəcək.
Tehrandakı bir xüsusi şirkətin işçisi olan “Fatimə”, Iranwire-ə şirkətində müştəri olmadığını və iş yerində olmasının lazım olduğunu söylədi: “Rutinimiz əvvəlki kimidir. Bu o deməkdir ki, səhər 8-dən günorta 5-ə qədər işdə olmalıyıq. BRT avtobuslar ilə gəlib-getməliyəm, avtobusların vəziyyətində deyəcək bir şey yoxdur. Xüsusilə axşam və evə qayıtdıqda. Bir qədər məsafə qət etmək üçün yarı dolu bir avtobusun gəlməsini gözləməliyəm. Gözləmək dediyim yalnız ən azı bir saat çəkir.”
Koronaya Qarşı Milli Qərargahın qəribə planlarından bezdiyini söyləyir: Görünür özəl şirkətlərin müdirlərinə müştəriniz yoxdursa, şirkətin açıq olması ilə bağlı heç bir problemin olmadığını söylədilər. Digər tərəfdən, özləri deyirdilər ki, insanların işi yerdə qoyulmamalı və müştərisı olan şirkətlər və ofislər açıq olmalıdır. Onlar əyləndilər. Həm özləri, həm də insanlarla əylənirlər. Gevşetin və sıxın, ya bağlayın, ya da öz dərdimizdən ölməyimizə icazə verin. Ciddiyəm; Bu idarəetmə tərzi deyil. Bu vəziyyətlə Koronanı da məğlub etmək istəyirlər.”
Həsən Ruhani: Avadanlıqla bağlı problemimiz yoxdur
İran Prezidenti Həsən Ruhani çərşənbə günü yeni bağlanma planınının ictimaiyyəti tibb işçiləri üçün nəfəs alanı yaratması barədə xəbərdar etmək məqsədi ilə olduğunu söylədi: “Avadanlıq, çarpayı, yataq otağı, ventilyasiya ilə problemimiz yoxdur. Tibbi heyətimiz təzyiq altındadır; Çünki 9 aydır gecə-gündüz işləyir və yorulublar.”
Ruhani yaxınlaşan bağlanmanı tibb işçilərini canlandırmaq üçün bir fürsət kimi qiymətləndirir.
O, eyni zamanda cəmiyyətin üçdə birinin növbəti dörd ay üçün yaşayış pulu paketi ilə təmin edilməsi lazım olduğunu təxmin etdiyini söylədi: “Şənbə günü Korona qərargahında bu məsələni təsdiqləyəcəyik və bu yardıma ehtiyacı olan insanlar Dekabr, yanvar, fevral və mart aylarında adambaşına aylıq yüz min tümən dəstək alacaqlar. Təxminən 10 milyon ailə üçün əvvəlki kredit kimi ödənilən bir milyonluq krediti də nəzərdən keçirdik. Əlbəttə ki, bu kredit Subsidiya alanlar, Korona olan və sığortalanmayan Korona müalicəsi şöbəsindəki bütün alanlar üçün ödəniləcək və bu xəstəlik üçün tövsiyə olunan dərmanlar da əhatə olunacaq.”
Ölənlərin sayı dörd rəqəmlı olacaq?
İranda ölənlərin sayı artdıqca və sayı 500-ə yüksəldiyindən, ölənlərin sayının qatlanaraq arta biləcəyi və İranın yaxın gələcəkdə gündə 1000 ölü görə biləcəyi narahatlığı var; İran Səhiyyə Naziri Səid Nəməkinin çərşənbə axşamı bu məsələ barədə xəbərdar etmişdi.
Təcili yardım həkimi “Hüseyin Kirmanpur“, protokollara əməl edilmədiyi təqdirdə, Korona səbəbiylə ölənlərin Dekabr və Yanvar aylarında dörd rəqəmə çata biləcəyini xəbərdar edir: Hazırda Korona xəstəliyindən xəstəxanalara müraciət edənlərin sayı çoxdur, digər tərəfdən yataqlarımızın sayı məhduddur. İlaç və ya peyvənd olmadığı və ya xəstələrin sayı o qədər çox olduğu zaman biz o xəstəlikdən qorxuruq, xəstəxana çarpayılarının tutumu bu sayda xəstəyə cavab verə bilmir, bu da bəzilərini növbədə saxlayır və əziyyət çəkmələrinə səbəb olur.”
Reanimasiya şöbələrində təxminən 6 min xəstə var
Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin təqdim etdiyi son statistikaya görə, 19 Noyabr 2020-ci il, Çərşənbə axşamı günortadan Çərşənbə günortaya qədər və qəti diaqnoz meyarlarına görə, ölkədə Kovid 19 olan 13 min 421 yeni xəstə müəyyən edildi, bunlardan 2 min 837 nəfəri xəstəxanaya yerləşdirilib.
Larrinin dediyinə görə, çərşənbə günü günortaya qədər 24 saat ərzində 480 xəstə öldü və ümumi ölüm sayı 42 min 941-ə çatdı. Ayrıca, bu xəstəliyin ağır vəziyyətdə olduğu 5712 Kovid 19 xəstəsinə xəstəxanaların reanimasiya şöbələrində baxılır.
Bundan əvvəl Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri reanimasiya şöbələrində yatanların yüzdə 50 faizinin öləcəyini bildirmişdi. Rəsmilərə görə, yaxın iki həftə ərzində ağır vəziyyətdə olan təxminən 6 min nəfərin xəstəxanaya yerləşdirilməsi səbəbindən İranda ölüm sayının azaldılması ehtimalı çox azdır.
Səhiyyə Nazirliyinin verdiyi statistikaya görə, Tehran, İsfahan, Qum, Doğu Azərbaycan, Güney Xorasan, Semnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Boyer-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasan, Mazandaran, Çaharmahal və Bəxtiyari, Əlborz, Batı Azərbaycan, Mərkəzi Kerman, Quzey Xorasan, Həmedan, Yəzd və Kürdüstan qırmızı vəziyyətdə, Hormozqan, Fars, Sistan və Bəluçistan və Gülistan əyalətləri də narıncı vəya sarı vəziyyətindədir.
İran şəhərlərindəki Korona
Əyalət xəbərlərinə baxdığımızda əyalət rəsmilərinin ölümlə əlaqədar bölgəsəl məhdudiyyətləri elan etməkdə daha çox maraqlı olduqlarını göstərir.
Qum Tibb Elmləri Universitetinin rektoru “Məhəmməd Riza Qədir”, bu əyalətdəki Korona xəstəliyinin son vəziyyətinə toxunaraq dedi: “Son bir həftədə ortalama Koronadan xəstəxanaya yerləşdirmə sayı 530 ilə 550 arasındadır və ölənlərin sayı son bir ilə iki həftədə ortalama 8 ilə 10 arasındadır, hal hazırda 125 ağır xəstə isə reanimasiya şöbələrində yatır.
Ayrıca, Kirmanşah Tibb Elmləri Universitetinin Korona rəhbərliyi qərargahının məlumat komitəsinin rəhbəri “Mehdi Məhəmmədi” əyalətin bütün şəhərlərinin indi qırmızı vəziyyətdə olduğunu açıqladı: “Dünən gecə on üç başqa xəstə bu əyalətdə həyatını itirdi, nəticədə ümumi itki sayı 1.129-a çatdı.”
Səhra xəstəxanasının tikintisi hələ əyalət Korona qərargahının gündəmində olan bir seçimdir və ordu son həftələrdə bir neçə dəfə hazır olduğunu açıqladı.
Çərşənbə günü günortaya qədər olan 24 saat ərzində Əlborz əyalətində daha 12 xəstə öldü və bu, əyalətdəki ümumi ölüm sayını 2081-ə çatdırdı.
Əlborz Tibb Elmləri Universitetinin dünən axşam verdiyi son statistikaya görə, əyalətdəki tibb mərkəzlərinə Kovid 19 simptomu olan 104 xəstə müraciət etdi. Hazırda müəyyən, ehtimal olunan və şübhəli hallar da daxil olmaqla 891 nəfər xəstəxanaya yerləşdirilib. Bunlardan 436 nəfərinə bu günə qədər Kovid 19 xəstəliyi diaqnozu qoyulub.