İranda Zaqari-Ratkliff ev dustaqlığından azad edilsə də, başqa bir ittihamla yenidən məhkəməyə çağırılıb
İranda İngilis vətəndaşı iranlı yardım işçisi Nazənin Zaqari-Ratkliff beş illik həbs cəzasının sonunda ev dustaqlığından azad edilsə də, hazırda başqa bir ittihamla yenidən məhkəməyə çağırılıb.
Thomson Reuters Fondunun layihə meneceri 2016-cı ilin aprelində Tehran hava limanında həbs edilib və sonra ruhani qurumunu devirmək cəhdində günahlandırılıb.
Cəzasının çox hissəsini Tehranın Evin həbsxanasında çəkən Zaqari keçən mart ayında koronavirus pandemiyası zamanı ev dustaqlığına keçirilsə də, hərəkətləri məhdudlaşdırılıb və ölkədən çıxmasına qadağa qoyulmuşdu.
Martın 7-də səlahiyyətlilər onun ayağındakı nəzarət cihazını çıxarıb.
İranın ədliyyə sistemi Nazəninin azadlığı ilə bağlı hələ ki, şərh verməyib.
Onun ailəsi və çalışdığı Thomson Reuters Fondu ittihamları rədd edir.
VOA