İranda milli fəal Əkbər Sadıqi saxlanılıb, daha sonra müvəqqəti azad edilib
Milli fəal Əkbər Sadıqi Urmiyə şəhərinin kəşfiyyat və təhlükəsizlik polisi tərəfindən çağırılaraq nəzarət altına alınıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, kəşfiyyat və təhlükəsizlik polisi aqustun 6-da məhkəmə qərarı ilə Əkbər Sadıqinin atası evinə çağırış vərəqəsi göndərərək bazar günü avqustun 9-da saat 8:30-da milli fəalın polis dairəsinə getməsini istəmişdi.
Çağırılan saatda Urmiyə şəhərinin kəşfiyyat və təhlükəsizlik polisinin “9 Pillə” saxlama mərkəzi binasında hazır olan Əkbər Sadıqia hələ ki, buraxılmıyıb.
Həmin gün saat 18:00-də polisin təhlükəsizlik şöbəsinə müraciət edən Sadıqinin ailəsinə polis tərəfindən övladlarının harada olduğu haqda heç bir məlumat verilməyib. Sadıqinin ailəsi polis məmurlarından ittihamı barədə məlumat istəsələr də, onlar bu haqda heç bir izahat verməyib.
O, bu gün avqustun 10-da məhkəmə tərəfindən qəbul edilən 50 milyon tümənlik zəmanət qaşılığında Urmiyə həbsxanasından məhkəmə zamanına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.