Azərbaycan Demokratik Birliyi – Berlik təşkilatının №1 elanı,
İranda bütün şəhərlərdə, o cümlədən Azərbaycan şəhərlərində və digər türk bölgələrində geniş yayılmış etirazları dəstəkləyirik !
Əziz vətəndaşlar,
Son Bir neçə gündə ّİranda benzinin qiymətinin artması ilə əlaqədar başalayan və İran İslam hökümətinin qəddar, korrupsiya və molla rejimin bütün dövründə vətəndaşlara yaşadılan ədalətsiz siasətlərdən dolayı onların qəzəbindən qaynaqlanan ölkənin bir çox şəhərində geniş etirazlar gündən-günə artmaqdadır. İndiyə qədər daha 10 vətəndaşın öldüyü bildirilir.
Etirazlar şənbə günündən bəri İranın müxtəlif şəhərlərində benzinin qiymətinin birdənbirə üç qat artmasına qarşı başlayaraq devam edir. Etirazın ilk günlərində Təbriz, Əhvaz, İsfahan, Kərəc, Şiraz, Behbahan, Sircan və Tehran və bir çox başka şəhərdə başlamışdır. İnsanlar etirazlarını yolları və küçələri bağlamaqla, polis və başka mühafizə orqanları quvvələrinin maşınlarını yandırmaqla və hökumət əleyhinə şüarlar səsləndirməklə bildirməkdələr. Təhlükəsizlik və polis qüvvələri etirazçılara silah, dəyənək, gözyaşardıcı qaz/ sprey tabanca və …ilə qarşılıqlıq verir.
Yarandığı və öz kökünü salıb yerini möhkəmlədirməsindən bəri İran İslam Respublikası hər zaman ölkəni zorakı şəkildə islamlaşdırmağa və İslamı bölgə ölkələrinə sadir ya ixrac etməyə, terrorizmi ixrac etməyə və ölkə daxilindəki basdırıcı qüvvələri sıfırbırləşdirməyə çalışmışdır və ölkənin gəlirinin bir çox hissəsini bu yollarda sərf etmişdir. İran parlamentinin üzvü Şahab Naderi neft gəlirinin artmasına rağmən , 1396 ci ildə, bölgənin və dünyanın ən böyük neft istehsalçılarından biri olan İranda millətin 80% yoxsulluq xəttinin altında yaşadığını söyləmişdir. Buna görə məhz benzinin qimətinin artması xalqın həddindən artıq səbrini daşıran son samla olub və ölkə daxilində geniş yayılmış xalq etirazları ildırım surətilə artdı.
Azərbaycan-Berlik Demokratik- Birliyi – Birlik olaraq xalqın İslam Rejiminin korrupsioner və qəddar rejiminə qarşı ədalətli, tələbkar və cəsarətli etirazlarını dəstəkləyirik .
Ardıcıl, davamlı və zəfərli olsun xalqın qəddar İran islam rejiminə qarşı ədalətli və cəsarətli mubarizəsi !
Azərbaycan Demokratik Birliyi – Berlik
16. Noyabr 2019