İranda dəhşət: 13 yaşlı qızın toyunda olanlar jurnalisti göz yaşlarına boğdu
Azyaşlı qızın özündən yaşça çox böyük kişi ilə evlənməsi İranda böyük səs-küyə səbəb olub.İran jurnalisti Məsih Əlinecad videonu seyr edərkən göz yaşlarını saxlaya bilməyib. Konkret.az xəbər verir ki, toy İranın Kohqiluyə və Boyarəhməd əyalətində baş tutub. Yayılan videoda valideynlərin bir araya gələrək şadyanalıq keçirdiyi görünür. Əl çalan kim, mahnı oxuyan və rəqs edən kim. Vur çatlasın, çal oynasın. Otağın ortasında isə 13 yaşı belə olmayan bir qızcığazın yanında saqqallı kişi dəhşət doğuran mənzərədir. Bir anda qızıgöz yaşlarını saxlaya bilmir. Yayımlanan video 275 min dəfə izlənilib, 3,8 mindən çox insan bunu sosial şəbəkələrdə paylaşıb. “Bu, iyrəncdir. Videoda heç kim kədərli görünmür. Düşünürlər ki, bu normaldır. Amma bu, belə deyil. Bu adam pedofildir və valideynlər uşağa qarşı zorakılıq edirlər. Bu gəlin qızlar bundan sonra nə olacaqlarını bilirlər? Təcavüz, döyülmə və s”