İranda Bir gün ərzində koronavirusdan 148 nəfər həyatını itirib
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari deyib ki, son 24 saat ərzində 2652 nəfər virusa yoluxub, 148 nəfər ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 232 min 8631-ə, ölənlərin sayı isə 11 min 106-ya yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 194 min 863 sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsi davam edən 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.
İranın Səhiyyə Nazirliyinin yeni texnologiyaların inkişafı şöbəsinin müdiri Hüseyn Vətənpur bildirib ki, elmi laboratoriyalarda İran alimləri koronavirusa qarşı vaksinin hazırlanması üzərində işləyirlər. Onun sözlərinə görə, 2021-ci ildə İran koronavirusa qarşı vaksin istehsalına başlayacaq.