İranın cənub-qərbində yerləşən Buşəhr şəhərində 23 aylıq bir körpə yeni tip koronavirus səbəbindən həyatını itirib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Buşəhr Koronavirusla Mübarizə Mərkəzinin sədri Səid Kəşmiri açıqlama verib. O, öətn gün ümumilikdə bölgədə 9 nəfərin virusdan həyatını itirdiyini bildirib.
Qeyd edək ki, İranda ümumilikdə 13 min 608 nəfər koronavirusdan ölüb, 267 mindən çox insan isə epidemiyaya yoluxub.