İranda əhali yaşlanır, axtalanma və qorunma siyasəti dəyişir
Əhalisinin sayını artırmağa çalışan İranda dövlət xəstəxanalarında ailə planlaşdırılması üzrə xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Belə ki, vazektomiya (axtalama) əməliyyatı artıq dövlət tibb mərkəzlərində həyata keçirilməyəcək, kontraseptivlər isə yalnız sağlamlığı təhlükə altında olan qadınlara təklif olunacaq. Özəl xəstəxanalarda isə belə xidmətlər hələ də göstəriləcək.
Hökumət təzə doğulanların sayının azalmasından və əhalinin getdikcə qocalmasından narahatdır. İranda əhali sayının illik artımı 1 faizdən aşağı düşüb və heç bir tədbir görülməsə, İran növbəti 30 ildə dünyanın ən yaşlı əhalisi olan ölkələrindən birinə çevrilə bilər, Səhiyyə Nazirliyinin məlumatında bildirilib. İki il əvvəl ölkədə əhalinin say artımı 1,4% təşkil etmişdi
Dünya Bankının məlumatına görə, bu göstərici qonşu İraqda 2,3%, Səudiyyə Ərəbistanında isə 1,8% təşkil edib. IRNA dövlət informasiya agentliyi qeyd edir ki, nikahların sayı və nikahda olan uşaqların sayında tənəzzülün səbəbi əsasən iqtisadi çətinliklərlə bağlıdır.
Ötən ay Səhiyyə nazirinin müavini Seyid Həmid Bərəkəti bildirib ki, nikaha girənlərin sayı 10 il ərzində 40% azalıb. “Bu minvalla biz yaxın 30 ildə dünyanın ən yaşlı əhalisi olan ölkələrindən birinə çevriləcəyik”, – o bildirib.
İranda 1979-cu ilin İslam inqilabı demoqrafik buma təkan verib, lakin sonradan əhalinin sayının nəzarətdə saxlanılması üzrə siyasət tətbiq edilməyə başlayıb.
Ali Rəhbər Ayətullah Əli Xameneyi insanları daha çox uşaq sahibi olmağa çağıraraq bildirib ki, arzusu indi əhalisi 80 milyon olan İranda əhalinin sayını 150 milyona çatdırmaqdır. BBC
Bu barədə daha geniş: