İrana səyahət edənlərə tövsiyələrim
İslam Respublikasını iki xüsusiyyəti vardır: Korrupsiya (fəsad) və vəhşilik. İrana səyahət etmək qərarına gəlməzdən əvvəl bu iki xüsusiyyəti xatırlamaq ağıllı bir işdir.
Kylie Moore-Gilbert sərbəst buraxıldığı zaman üzündəki ifadə, İrandakı çəkdiyi əziyyətləri bilmək üçün lazım olan hər şeyi söyləyirdi. İranı tərk etməyə hazırlaşmasından bir neçə dəqiqə əvvəl hirsli, məyus və çox yorğun görünürdü. Keçməli olduğu bütün axmaq dindirmələrdən və təkrarlanmasını istədiyi bütün yalanlardan bezdi. Yorğun görünür, çünki əminəm ki, son dəqiqələrə qədər işgəncəcilər ona əziyyət çəkdiriblər. Ona evə qayıtmasını çox sadə ləğv edə biləcəklərini bildiriblər.
Birləşmiş Kırallıq-avstraliyalı alim, üç İranlı “iş adamının” İrana qayıtdığınıdan sonra məhbus mübadiləsi çərçivəsində 25 Noyabr Çərşənbə günü sərbəst buraxıldı. Yenidən Tehrana geri dönən, üç nəfər – əslində 2012-ci ildə qarşısı alınan bomba hazırlanmasından sonra Taylandda həbs olunan terrorçulardı- ki İran xarici işlər nazirinin müavini Abbas Əraqçi tərəfindən sicaq qarşılandı. Üç quldur İrana qəhrəman kimi qayıtdı. Gələndən sonra İran diplomatları 12-ci İmamın (Şiə Məsihi) zühurun ərkən baş tutması” şüarları səsləndirdilər. Yeri gəlmişkən, bunlar İranın “normal” rejimə sahib olduğunu və bir dışlanmış bir dövləti kimi qəbul edilməməsini tələb edən eyni diplomatlardır.
Melbourne Universitetinin müəllimi Moore-Gilbert 2018-ci ildə İrana təhlükəsiz olduğu düşüncəsi ilə səyahət etmişdi. Bir konfransda danışmağa dəvət olunan Moore-Gilbert, İranı araşdırmasının mərkəzinə qoyaraq İrana hörmət və heyranlıq nümayiş etdirdi. Bu biliklərini həmkarları və dünya ilə paylaşmaq istəyirdi. Bunun əvəzinə ona İsrail casusu damğası vuruldu.
Bu necə ola bilərdi? İnsanlar İrana səyahət edib təhlükəsiz qala bilərmi? Əcnəbilər İrana peşəkar bir şəkildə və ya turist olaraq təhlükəsiz şəkildə gedə bilərmi? İnsanlar konfransa və ya etkinliyə dəvət edildikdə İran hökumətinə etibar edə bilərmi? Bəs İranda ailəsini ziyarət etdikdən sonra İngiltərəyə qayıtmazdan əvvəl həbs olunan ikili vətəndaş İranlılar, İran-Birləşmiş Kırqllıq vətəndaşı olan Nazanin Zaghari-Ratcliffe kimi insanlar nə edəcək?
Londonda yaşayan Zaghari-Ratcliffe’nin həyat yoldaşı Richard Ratcliffe, “Praktik olaraq düşünürəm ki, insanların çoxunun yaxşı xatırlayacağı və İranın sevimli insanlarla dolu bir ölkə olduğunu” söyləyir. Ancaq bəxti gətirməyənlərdən birisinizsə, probleminizi öz hökumətinizin həll etməsinin lazım olduğu bir problemə çevirməlisiniz. Şirin sözlər nə olursa olsun, bir hökumətin və bir ailənin maraqları eyni deyil. Şəxsi deyil. Yəni bunu belə etməniz gərəkir. ”
Hökuməti kimin idarə etməsindən asılı olmayaraq İran və Şiə İslamı öyrənmələrini tələb edən Moore-Gilbert və ya İran-Fransız ikili vətəndaşı Fariba Adelkhah kimi akademiklərin İranda zülmə məruz qalacaqları məntiqsiz görünə bilər. Bir çox ölkə xarici alimlərə tarixlərini və mədəniyyətlərini öyrənmək üçün qrantlar verir və bu tədqiqatçıları millətlərinin səfiri kimi qəbul edirlər. Ancaq akademiklər və xeyriyyə qurumları ilə əlaqəli olanlar İran təhlükəsizlik qurumlarının əsas hədəfinə çevrildi.
İranın Lideri Ayətullah Əli Xameneinin əsas narahatlığı və bu həbslərin çoxunu təhrik edən şey nüfuz və ya “sızmaqdır”. Nüfuz üçün qanuni və ya başqa bir şəkildə müəyyən bir tərif olmasa da, təhlükəli bir anlayışdır. İki on il əvvəl İran təhlükəsizlik qüvvələri blog və internetə nüfuzetmə simvolu kimi baxırdılar. Onlarla blogger və jurnalist sadəcə işlərini gördükləri üçün həbs edilib və işgəncə gördülər. Bu gün İranı öyrənmək və İranın akademik və işgüzar çevrələrinə yeni fikirlər təqdim etmək təxribat sızması kimi qəbul edilə bilər.
Təhlükəli bir rəqabət
Digər ideolojik sistemlər kimi, “fitnə” və “sızma” kimi soyut cinayətlər, İrandakı müxtəlif şəxslər və qruplar tərəfindən rəqiblərini saxlamaq, həbs etmək və hətta öldürmək üçün istifadə olunur. Livan vətəndaşı və ABŞ sakini olan Nizar Zakka, 2015-ci ildə bir konfransda qadınlar və texnologiya haqqında danışmaq üçün İrana getdi. O vaxtlar qadın işləri üzrə prezident müavini Shahindokht Molaverdi, tərəfindən şəxsən dəvət edildi. Zakka bundan əvvəl hökumətin dəvəti ilə üç dəfə İrana səfər etmişdi. “Mən İrana çox yaxşı enerji və iradə ilə gedirdim”, Zakka deyir “Çox həyəcan verici idi; 90 milyonluq bir bazar idi. ”
Zakka qısa müddətdə İnqilab Keşikçiləri və Prezident Həsən Ruhani hökuməti arasındakı rəqabətin qurbanı oldu. Ölkəni tərk etməyə hazırlaşarkən hava limanına gedərkən dayandırıldı. Kənara çəkildi, həbs olundu və indi səlahiyyətlilərin nəzarəti altındasan deyildi. Zakka, “İnqilab Keşikçilərinin açıq şəkildə bir işbirliyi istədiyini düşündüm, ancaq bunu özləri etmək istirdilər” söylədi.
Zakka dörd ilini İranda həbsxanada keçirdi. Hər gün işgəncə və təhqirlərə məruz qaldı. Gözlərini bağladılar, döydülər və davamlı bir yönəlmə və bir beyin qarışıqlığı vəziyyətinə saldılar. O deyir “Çox çətin olur, çünki nə vaxt vurulacağını bilmirsən. Gecələri yata bilmirsən.”
Sərbəst buraxıldıqdan bir il sonra Zakka xanım Molaverdi ilə əlaqə qurdu. Zakka sadəcə nələrin baş verdiyini və niyə ev sahibi olaraq onun üçün danışmadığını və onu qorumadığını bilmək istədi. Xanım Molaverdi bununla əlaqədar bir şey edə biləcək gücünün olmadığını söylədi. “İşiniz məhkəmə və təhlükəsizlik qurumlarının əlində idi. Həqiqətən nə baş verdiyini bilmirdik. Belə bir şeyin olacağını bilmirdik ”. Molaverdi, bunları Zakka ilə telefon danışığında dedi. Bu il Zakkanın həbs təcrübəsindən bəhs edən bir film çəkdim və Nizar Zakkadan üzr istəməyə belə layiq olmayan Molaverdinin təmkinli davranışı məni hələ də ürpərtir.
Zakka’nın (və başqalarının) təcrübəsinin aydın olaraq ortaya qoyduğu şey budur ki, İrana səfər edən hər bir şəxs, İran rejiminin müxtəlif qrupları arasında, xüsusən mühafizəkar və ölkənin rəsmi hökuməti arasında bu daxili rəqabətin qurbanı ola biləcəyini anlamalıdır. mühafizəkarlar digər qruplara siyasi təzyiq göstərməyi və xarici girovları sövdələşmə kimi istifadə etməyi hədəfləyirlər.
İranda girov olmaq təhlükəsi
Avstraliya Xarici İşlər Nazirliyinin “İran hökuməti ilə diplomatik əlaqələr” olaraq xarakterizə etdiyi şeydən sonra sərbəst buraxıldı. Avstraliya akademikini üç terrorçu ilə dəyişdirilməsi.
Dr Moore-Gilbert İranı tərk etməzdən əvvəl dedi, “Mənim böyük İran millətinə və isti ürəkli, səxavətli və cəsur İran xalqına yalnız hörmətim, sevgim və heyranlığım var.”
İrana gələn insanların əksəriyyəti İran xalqının səxavətindən və isti qarşılanmasından təsirlənir. Hər il minlərlə Batılı turist İranı ziyarət edir və evlərinə sağ-salamat qayıdırlar. Ancaq hər bir xarici qonaq İrana səyahət etmiş başqalarının təcrübələrini düşünməlidir. Xarici hökumətlərin öz vətəndaşlarını təhlükələr barədə xəbərdar etmələri də vacibdir. Alman hökuməti bu yaxınlarda İrana lazımsız səyahətlər barədə xəbərdarlıq etdi. Xəbərdarlıqda deyilir: “Giriş və çıxışdan imtina heç bir səbəb olmadan və bilinmədən baş verir. Konsulluq dəstəyi variantları olduqca məhduddur və ya hətta qeyri-mümkündür.”
İran Xarici İşlər Nazirliyi Alman xəbərdarlığına etiraz etdi, lakin İran həbsxanalarında həlak olanların ailələri bunun ağıllı tövsiyə olduğunu bilirlər. Richard və Nazanin’in altı yaşındakı qızı Gabriella, hər gün anasının evə qayıtmasını gözləyir. Zaghari-Ratcliffe həbs olunduqdan sonra Gabriella Tehranda nənə və babasının yanında qaldı. Yaxında olduğunu bilmək Zaghari-Ratcliffe-ə güc verdi və möhkəm qalmaq və savaşmaya davam etmək üçün motivasiya verdi. Ancaq 2019-cu ilin Oktyabr ayında, Nazanin və Richardın onun məktəbə başlamasına qərar verdikdən sonra Gabriella, atası ilə birlikdə yaşamaq üçün Birləşmiş Kırallıqa qayıtdı.
Richard Ratcliffe, Londonun Quzey Batısındakı evlərindən, Moore-Gilbert sərbəst buraxıldıqdan sonra dedi, “Dünən səhər Nazaninin Noeldə evində ola biləcəyini və ya birdən daha çox il həbs cəzasına məhkum edilə biləcəyini və ya bir müddət sonra heç bir şey olmayacağını düşünürdüm. Bu gün də həqiqət olaraq qalır: hər üç ehtimal olduqca inandırıcıdır. Hər hansı olursa yenə de yaşamalıyıq. Güman ki, həddindən artıq hazırlaşdığımıza ümid bələmişdirk və yəqin ki, bir müddət daha mübarizə etməliyik. ”
Gələcək səyyahlar üçün dörd tövsiyə
2009-cu ildə Newsweek jurnalının İrandakı müxbiri olaraq çalışdığımda işləyəndə tutuldum və işgəncə gördüm. Gecə yarısı oyanıb döyülüb alçaldılmaq üçün işgəncə otağına aparılmasının nə demək olduğunu bilirəm. Beləliklə, hər bir hökumətdən və İrana getmək barədə düşünən hər kəsdən aşağıdakı dörd tövsiyəni nəzərə almasını xahiş edirəm.
1- Hökumətlər aydın tövsiyələr verməlidir. Onların səyahət tövsiyələri bir çox adi vətəndaşın ciddiyə almadığı, həddən artıq ehtiyatlı və diplomatik bir dildə yazılmışdır. Xarici işlər nazirlikləri sosial mediada, diasporadakı İran mediasında və Batıdakı İranşünaslıq fakültələrində daha güclü bir iştiraka sahib olmalıdırlar.
2- İranda fəaliyyət göstərən Batı şirkətləri xarici və iranlı işçiləri və podratçıları üçün potensial təhdidlər barədə xəbərdar edilməlidir. Bu təhdidlər, İnqilab Keşikçiləri, Kəşfiyyat Nazirliyi, Məhkəmə Hakimiyyəti və müsadirə edilmiş əmlakdan məsul olan müxtəlif vəqflər da daxil olmaqla bunlarla sınırlı qalmayan İranın müxtəlif təşkilatlarından gələ bilər.
3- İranla ticarət edən iş adamları və qadınları və ya oraya səyahət edən şəxslər getmədən əvvəl xəbərdarlıq edilməlidir. İnsanların tutularaq həbs edildikləri halları eşitmələri lazımdır və onlara bənzər bir şeyin baş verə biləcəyi barədə xəbərdar olmalıdılar. Hökumətlər, vətəndaşlarının risklərdən xəbərdar olmasını təmin etməlidir. İranla ticarət minlərlə şirkətlə deyil yalnız yüzlərlə, şirkətlə məhdudlaşdığından, bu dövlət məmurları üçün ağır bir vəzifə olmamalıdır. Həbslərin qarşısını almaq, girovların sərbəst buraxılması üçün danışıqlar aparmaqdan daha asandır.
4- Mənə və son illərdə sərbəst buraxılan digər ikili vətəndaş İranlılara müraciət edilməli və hekayələri eşitməli, İrana səyahət etmək qərarını verən insanları məlumatlandırmaq lazımdır. Tehranın İmam Xomeyni hava limanına uçuş bileti rezervasiyan etməzdən əvvəl onları yaxşı düşünməyə təşviq etmək lazımdır.
Mən şanslı idim, ailəm və həmkarlarım tərəfindən başladılan inanılmaz kampaniya sayəsində çətin bir durumdan qurtula bildim. Dr Moore-Gilbert-ə Avstraliyada və ya yerləşməyi istədiyi yerdə normal və sakin bir yaşam arzu edirəm. İrana səyahət etməyi düşünə biləcək digərləri biletlərini almadan əvvəl bu iki kələməni xatırlamalıdırlar: “Korrupsiya və vəhşilik”.
Maziar Bahari, IranWire-in qurucusudur