İrana qarşı silah embarqosunun vaxtı uzadılacq?
“İrana qarşı silah embarqosunun vaxtının uzadılmasının qarşı tərəf üçün ağır nəticələri olacaq”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında çıxışında deyib.
O qeyd edib ki, ABŞ İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP) çıxdığının yanlış olduğunu anlayıb.
“ABŞ hiss edir ki, yaxın aylarda həmin plana əsasən və BMT-nin 2231-ci qətnaməsinə uyğun olaraq, İrana qarşı tətbiq olunan silah embarqosu ləğv olunacaq və İran istədiyi silahlar ala biləcək. Onlar HBFP-dan çıxdıqlarının yanlış olduğunu anladıqları üçün indi silah embarqosundan danışırlar. Əgər Planın və BMT qətnaməsinin tələbinə zidd olaraq silah embarqosunun vaxtını uzatmaq istəsələr cavabımız ağır olacaq”, – H. Ruhani vurğulayıb.