İran və Çinin korona yalanı
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İran və Çinin koronavirusla bağlı birgə yaydığı informasiyanın həqiqəti əks etdirmədiyini deyib.
Pompeo, ABŞ-ın digər ölkələrə öz iqtisadiyyatlarını bərpa etməyə yardım etdiyini bildirib.
O deyib “Biz çalışırıq ki, bu ölkələr virusun Uhanda peyda olduğunu, Çin hakimiyyətinin bunu 2019-cu ilin dekabrında bildiyini və özünün baza öhdəliklərini icara etmədiyini anlasınlar. Ən vacibi odur ki, onlar ÜST-ün tələblərini yerinə yetirməyiblər və bunu gizlətmək üçün çox şey ediblər. Bu haqda çox geniş danışa bilərik”.
“Hətta bu gün iranlılar və çinlilər dezinformasiya kampaniyaları üzərində çalışırlar. Avtoritar rejimlər böhran dövründə bir qayda olaraq əməkdaşlıq edirlər”. deyə Pompeo əlavə edib.
Pompeo deyib ki, Vaşinqton çalışır ki, digər dövlətləri Pekinin koronavirusla bağlı informasiyaların bir qismini gizlətməsinə inandıra bilsin.
Bundan öncə isə Avropa İttifaqının monitorinq qrupları media orqanlarına İran, Rusiya və Çinin koronavirusla bağlı saxta məlumatlar yaymasına dair sənəd təqdim ediblər.