İran və Çin 25 illik əməkdaşlıq razılığı imzalayıb
Çinin və İranın xarici işlər nazirləri şənbə günü dövlət televiziyasında yayımlanan mərasimdə iki müttəfiq arasında 25 illik əməkdaşlıq müqaviləsi imzalayıblar.
“Bizim İranla münasibətlərimizə hazırkı vəziyyət təsir göstərməyəcək, bu münasibət daimi və strateji olacaq,” İranın xəbər agetnlikləri Çinin xarici işlər nazirinə istinad edərək bildirib.
“İran başqa ölkələrdə münasibətlərinə müstəqil şəkildə qərar verir və bir telefon zəngi ilə mövqelərini dəyişən başqa ölkələrə bənzəmir.”
Vanq razılığı imzalamadan öncə Prezident Həsən Ruhani ilə görüşüb. Razılığa Çinin enerji və infrastruktur kimi əsas sahələrə sərmayələrinin daxil olduğu gözlənilir.
İran mediasının bildirdiyinə görə, Ruhaninin müşaviri Həsaməddin Aşena bu razılığın “uğurlu diplomatiya”nümunəsi olduğunu deyib. “Bir ölkənin gücü təcrid olunmaqda deyil, koalisiyalara qoşulmaqdadır,” o deyib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Katibzadə deyib ki, bu sənəd ticarət, iqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlıq üçün “yol xəritəsi”dir və sənəddə “hər iki tərəfin özəl sektorlarına xüsusi diqqət yetirilir.”
İranın ən böyük ticarət tərəfdaşlarından biri və uzun müddət müttəfiqi olan Çin 2016-cı ildə on il ərzində ikitərəfli ticarəti 10 qat artıraraq 600 milyard dollara çatdırmağa razılaşıb.
Çinin Ticarət Nazirliyi cümə axşamı bildirib ki, Pekin 2015-ci ildə əldə olunan nüvə razılığını qorumağa və Çin-İran münasibətlərinin maraqlarını müdafiə etməyə çalışacaq.
Birləşmiş Ştatlar və razılığı imzalayan digər Qərb qüdrətləri Tehranla kimin razılığa ilk dpnməli olduğu üzərində mübahisə edir. Sabiq ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə razılıqdan geri çəkilib.
VOA