Iran İslam Rejimi ABŞ-ın tibbi yardımını rədd edərkən necə sanksiyaları ləğv etdirmək üçün çaba göstərir ?
Iran Islam rejimi bi ,oxunun fikrinə görə koronavirusu Çindən Quma ithal edib və qəsdən Qumu karantinə almamaqla oradan da bütün şəhərlərə yaydıqdan sonra acınacaqlı vəziyyət yaradıb.
Bundan sonra İran İslam rejimi Suriya, İraq, Livan, Yəmən və s. ölkələrdə yetişdirdiyi terrorçuları maliyələşdirmək məqsədilə ABŞ-ın sanksiyalarını ləğv etdirməyə və terrorçuları vasitəsilə dünyanı qarışdırmağa çalışır. Bu istiqamətdə rejimin ABŞ-ın yardımlarını da rədd edib.
Lakin ABŞ məsələnin mahiyyətini başa düşdüyü üçün sanksiyaları ləğv etməyəcəyini bildirib və yenə koronavirusla bağlı İrana humanitar etmək istədiyini bildirib.
ABŞ Dövlət katibi Mayk Pompeo ikinci dəfə deyib ki, o, ölkəsinin İrana yardım etməyə hazır olduğunu bildirib:
“Bütün dünya bilməlidir ki, İrana humanitar yardım kanalı geniş şəkildə açıqdır. Sanksiya altında deyil, İrana göndərilən dərman preparatlarına görə sanksiya tətbiq edilmir. Humanitar yardım üçün sanksiya qaldırması planı kimi bir tədbir yoxdur”.