İran mediası: prezident müstəqil Azərbaycan mis şirkətinin yaradılmasını istədi
İran mediasının verdiyi məlumata görə, Rəisi ölkənin ən böyük mədənlərindən olan Süngün mis mədənində işçilərin toplantısında iştirak edib və bu mədənin problemləri və işçilərin tələbləri barədə məlumatlandırılıb.
O, ayrıca bu mineral məhsulun hasilatı və istehsal prosesi ilə tanış olmaq üçün Süngün mis istehsalı zavodunda olub və müstəqil Azərbaycan mis şirkətinin yaradılmasını əmr edib.
İranın mis ehtiyatlarının təxminən yarısını təşkil edən Süngün mis mədəninin dəyəri 320 milyard dollar qiymətləndirilir.
Ayrıca, Süngün mis mədəni və zavodunun rəhbərinin iştirakı ilə eyni vaxtda Süngün mis konsentratının istehsalı da artmışdır.
Orta Doğunun ən böyük mis mədəni kimi tanınan Süngün mis mədəni xarabalığa çevrilmiş Süngün kəndinin yaxınlığında yerləşir.
Orta Doğunun ən böyük mis mədəni kimi tanınan Süngün mis mədəni xarabalığa çevrilmiş Süngün kəndinin yaxınlığında yerləşir.
Bu kompleksdə 5 minə yaxın insan növbə ilə işləyir. İşçilərin ən azı 60%-nin özəl şirkətlərdə podratçılarla müqavilələri var. İşçilərin sözlərinə görə, bu şirkətlər son 20 ildə mədən işçilərinə ən aşağı maaş və imkan verib.
Azərbaycan əhalisi illərdir bu mədənin müstəqil olmasını və onun gəlirinin bu bölgədə xəclənməsini istəyirlər.
#Azərbaycan_xəbərləri #süngün_mədəni