İran koronavirusdan ölüm hallarının 12 mindən çox olduğunu bildirib
İran çərşənbə günü ölkədə koronavirus nəticəsində ölüm hallarının sayının 12 mini keçdiyini bildirib. Hökumət xəstəliyin yayılmasının qarşısını almaq üçün Tehranda məhdudiyyət tədbirlərini yenidən tətbiq etməyi nəzərdən keçirir.
İslam respublikası belə bir qərarı COVID-19 nəticəsində bir gün ərzində ölüm hallarının sayının 200 olduğunu bildirməsindən bir gün sonra verib.
Fevral ayının sonundan bəri Yaxın Şərqdə ölümcül virusun ən çox yayıldığı ölkə olan İran COVİD-lə mübarizəni davam etdirir.
Səhiyyə Nazirliyinin sözçüsü Sima Sədat Lari son 24 saat ərzində daha 153 ölüm halının qeydə alındığını və bununla ölənlərin sayının 12 min 84-ə çatdığını bildirib. O, ümumi yoluxma hallarının 248 min 379-a yüksəldiyini, 2691 nəfərdə testin müsbət nəticə verdiyini bildirib.
İranın 31 vilayətindən 9-nun virus təhlükəsinin ən yüksək səviyyədə olduğu deyilir.
Larinin dediynə görə, paytaxt Tehran və ətrafı da daxil olmaqla, daha 10 vilayət təhlükə qarşısındadır.
“Tehran çox kövrək bir vəziyyətlə qarşılaşır” deyə, şəhərin Virusa qarşı Mübarizə Qrupunun rəhbəri Əlireza Zali bildirib.
ISNA xəbər agentliyi ona istinadən son 10 gündə yoluxma, ölüm halları və xəstəxanaya yerləşdirilənlərin sayının kəskin şəkildə artdığını bildirib.
İrans məktəblər bağlaNıb, ictimai tədbirlər ləğv edİLib və 31 vilayət arasında hərəkətə qadağa qoyULub. Lakin hökumət sanksiyalara məruz qalan iqtisadiyyatını yenidən bərpa etmək üçün məhdudiyyətləri tədricən qaldırır.VOA