İran İnsan Haqları Təşkilatı: İrandaki etirazlarda ən azı 458 vətəndaş həyatını itirib
İran İnsan Haqları Təşkilatı son hesabatında İranda ümummi etirazlarda 63 uşaq və 29 qadın olmaqla azı 458 vətəndaşın öldürüldüyünü açıqlayıb.İran İnsan Haqları Təşkilatının hesabatına görə, son etirazlarda ölənlərin sayı azı 458 nəfərə çatıb. Öldürülənlərdən ən azı 63-ü 18 yaşdan aşağıdır və bu uşaqlardan 9-u qızdır.
İran İnsan Haqları Təşkilatının əvvəlki hesabatı ilə müqayisədə ölənlərin sayının artması etirazların ilk iki ayında öldürülən vətəndaşlarla bağlıdır, lakin bu təşkilatın tədqiqatçıları son bir həftə ərzində onları təsdiqləməyə nail olublar.
İran İslam Respublikasının Ədliyyə Sistemi dekabrın 15-də bu yaxınlarda həbs olunmuş şəxslərdən beşinin edam hökmünü elan edib. Bununla da ölüm cəzasına məhkum edilənlərin sayı azı 11 nəfərə çatıb.
İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri Moqəddəm bununla bağlı deyib: “Minimum ədalətli mühakimə standartlarına malik olmayan hökumətin məhkəmələrində edam hökmləri çıxararaq, etirazçıların məhkəməsiz öldürülməsini davam etdirməyi planlaşdırır. Belə cinayətlərin planlaşdırılması beynəlxalq ictimaiyyətin sərt reaksiyası ilə qarşılanmalıdır”.
Dekabrın 8 kimi ölənlərin 26 müxtəlif əyalətdən olduğu bildirilir və ən çox ölənlər müvafiq olaraq Sistan və Bəlucistan, Kürdüstan və Batı Azərbaycan, Tehran və Mazandaran əyalətlərindəndir.
Bu insan haqları təşkilatının məlumatına görə, ayrıca, ən çox ölüm müvafiq olaraq Sentyabr ayının 21-i, Sentyabr ayının 22-i və Sentyabr ayının 30-da (Zahidanın Qanlı Cümə günü) günlərində qeydə alınıb. Keçən ayın cümə günü 13 Aban ən az 21 ölümlə ən qanlı gün idi.
Qeyd edək ki, “İranwire” araşdırma və araşdırmalarına görə, ölkənin 26 əyalətində ən azı 448 nəfər ölüb və Sistan və Bəlucistan əyaləti 128-dən çox ölümlə bu siyahının başındadır.
#ümumi_etirazlar