İran ilə Fransa arasında gərginlik yaranıb
İran məhkəməsi tərəfindən Fəribə Ədiləhin casusluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsi Tehran ilə Paris arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
İran və Fransa vətəndaşlığına malik olan F. Ədiləhi müdafiə edən Prezident Emmanuel Makron bəyan edib ki, bu məsələ qarşılıqlı münasibətlərə mənfi təsir göstərəcək. Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian isə bildirib ki, Fransa vətəndaşının həbsi yolverilməzdir və o, təcili azad edilməlidir.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Müsəvi bildirib ki, F.Ədiləh İran qanunlarını pozduğuna və ölkənin təhlükəsizliyini təhdid etdiyinə görə həbs olunub. Onun sözlərinə görə, Fransa Prezidenti və Xarici İşlər naziri İranın daxili işlərinə qarışır və bu beynəlxalq hüquq normalarına ziddir.Azertac