İran hərbi gəmisində baş verən partlayışda həlak olanların sayı 19-a çatıb
Tehran, 11 may,
İran agentliyinə istinadla xəbər verir ki, İranın Hərbi Dəniz Qüvvələrinin Xalqla Əlaqələr Dairəsindən verilən məlumata görə, Oman dənizində keçirilən tətbiqat zamanı baş verən partlayışda həlak olanların sayı 19 nəfərə çatıb, 15 nəfər isə yaralanıb.
İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) Oman dənizində keçirdikləri manevr zamanı partlayış baş verib.
İranın HDQ yaydığı açıqlamaya istinadən xəbər verir ki, partlayış “Konarak” hərbi gəmisində olub. Nəticədə 1 dənizçi ölüb, 12 nəfər isə Çabahar şəhərinin xəstəxanasına yerləşdirilib.
Açıqlamada qeyd olunur ki, partlayışın başvermə səbəbi araşdırılacaq.
Qeyd edək ki, “Konarak” gəmisi hərbi yükləri daşımaq üçün nəzərdə tutulubş
Azərtac