İran Fizika Dərnəyi İnqilab Keşikçilərinin kvant elminin mənşəyi ilə bağlı iddiasını “əsassız” adlandırdı
İran Fizika Dərnəyi İnqilab Keşikçilərinin Baş Komandanının müavininin “kvant mənbəyiyik” dediklərinə reaksiya verdi.
İran Fizika Dərnəyi, 28 Sentyabr 2021-ci il Çərşənbə axşamı günü verdiyi açıqlamada, İnqilab Keşikçilərinin baş komandanının müavininin iddiasını “əsassız” və “İranın tərəqqisini və irəliləyişini sevənlərin baş aşağlığı” adlandırdı.
Bəyanatda elmi tərəqqi hökumətlərin və qurumların dəstəyini və böyük sərmayələrini tələb etdiyi deyilir: “Təəssüf ki, ölkəmizdə tamamilə səhv başa düşülən siyasi və hərbi liderlər, onların elmi tərəqqisi və böyük dövlətləri vaxtından öncə qabaqlamaq istəkləri nəinki bu uçurumu azaltmadı, bəlkə ölkəyə və milli sərmayələrə böyük itkilər verdi”.
İran Fizika Dərnəyi, elmi tərəqqinin əsassız iddialar irəli sürmək üçün müxtəlif qurum və təşkilatlar arasında bir rəqabətə çevrildiyini bildirir və yazır: “Hər gün bunun bir nümunəsini kütləvi informasiya vasitələrində görürük. Bir gün 16 yaşında bir tələbənin mətbəxdə uranı zənginləşdirməsindən, bir gün elektromaqnit virus detektoru hazırlamasından, bu gün də min il öncə kvant elmindən mənşəyi olduğumuzdan bəhs edirik.”
İran Fizika Dərnəyi bu açıqlamada bunu vurğuladı “Elmi ictimaiyyətimizin bu sahədə (kvant), təcrübə və laboratoriya bölmələrində, bildirilən beynəlxalq nailiyyətlərlə məsafəsi çox böyükdür.”
Bəyanatın başqa hissəsində deyilir: “Hal -hazırda, təşkilatlarımızın yalnız doğru addımlar atdıqları təqdirdə illər öncə bildirilən layihələri təkrarlamaları gözlənilir və bu kiçik bir uğur deyil.”
İnqilab Keşikçilərinin Baş Komandanının müavini “Əli Fədəvi” 24 Sentyabr 2021-ci il Cümə günü bir televiziya proqramında demişdi ki, bu gün İslam Respublikası hərbi sahədə kvant elminin öndə gələnidir, ancaq məxfi məsələlər səbəbiylə bu sahədə çox danışa bilmir.
O demişdi “Biz kvant elminin mənbəyiyik, amma deyə bilmərik.”
iranwire