İran ballistik raketlərini Rusiyaya təhvil verməkdən geri çəkilib
Son həftələrdə Avropa ölkələri və ABŞ-ın Ukraynadakı müharibədə İnqilab Keşikçiləri ilə Rusiya arasında silahlı əməkdaşlığa kəskin reaksiyasından sonra indi Amerikanın Axios xəbər agentliyi açıqlayıb ki, “İran hələlik ballistik raketlərini Rusiyaya çatdırmaqdan vaz keçib”.
Amerikanın Axios saytı üç İsrail rəsmisinə istinadən xəbərdə yazıb: İran hələlik ballistik raketlərini Rusiyaya çatdırmaqdan imtina edib, lakin gələcəkdə bu raketləri verməkdən imtina edib-etməyəcəyi bəlli deyil”.
Axios yazıb ki, İnqilab Keşikçiləri Şahid partlayıcı dronlarını Rusiyaya çatdırmaq niyyəti ilə bağlı ilkin məlumatı ABŞ-a İsrailin kəşfiyyat agentliyi olan Mossad ötən ilin iyununda verib.
Bu hesabatda o da deyilir ki, İranın ballistik raketlərinin Rusiyaya təhvil verilməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsini poza və BMT-nin İrana qarşı sanksiyalarını bərpa edən “snapback” mexanizmini işə sala bilər.
Bundan öncə ABŞ və Avropa Birliyi Rusiyaya pilotsuz təyyarələr göndərilməsinə cavab olaraq İranın pilotsuz təyyarə sənayesinə qarşı sanksiyalar tətbiq etmişdi və İnqilab Keşikçilərini terrorçu qruplar siyahısına salmaq üçün beynəlxalq təzyiqlər artmışdı.
Kəşfiyyat məlumatlarına istinadən, bu barədə Axios-a İsrailin dörd yüksək vəzifəli rəsmisi bildirib ki, “Beynəlxalq reaksiyadan qorxaraq İran Ukraynadakı müharibə üçün Rusiyaya verdiyi raketlərin mənzilini məhdudlaşdırmaq istəyir”.