İran Azərbaycanının Zəncan vilayətindən olan siyasi fəal Pərisa Rəfii bir il həbs cəzasının cəzasının tətbiq edilməsi məqsədi ilə Tehranın Evin həbsxanasına köçürülüb.
Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində edama məhkum olmuş iki məhbus qətlə yetirdikləri şəxsin ailəsi tərəfindən əfv edilərək dar ağacından xilas olublar.
İranın rəsmi dövlət agentliyi İRNA-ya istinadən, “qətlə yetirilən şəxsin ailəsi məhbusları son anda, dar ağacının altına gətirildikdən sonra bağışlayıblar.”
Adları açıqlamayan iki məhbus təqribən 6 il əvvəl baş verən bir davada 21 yaşlı bir gənci qətlə yetirdikləri üçün qisasa məhkum olmuşdular.
Xoy həbsxanasının müdirinin bildirdiyinə görə, “edam hökmü çıxarıldıqdan sonra məhkəmə və həbsxana çalışanları, həmçinin şəhərin ağsaqqalları qan sahiblərinin razılığını almaq və məhbusları edamdan qurtarmaq məqsədilə vasitəçi oldular. Qan sahibləri son ana qədər qisas tələb etsələr də, dar ağacının altına gətirilən məhbusları əfv etdilər.”
Hüquq müdafiəçiləri qətl ittihamı ilə edama məhkum olanların əhali tərəfindən bağışlanma hallarının artmasını müsbət qarşılayırlar. VOA