İran Azərbaycanında Zəncanın Qızılüzən çayı quruyur
İran Azərbaycanında Zəncanın Qızılüzən çayı quruyur
İranın ikinci ən uzun çayı Zəncan vilayətinin Tarım şəhərinin əkinçiliyində önəmli əhəmmiyyət daşıyan Qızılüzən çayının qurumaq təhlükəsi ilə üzləşdiyi bildirilir.
İSNA xəbər agentliyi bu barədə, “Tarımın çırpınan ürəyi artıq dayanıb” manşeti ilə Zəncan vilayətində keçmişdə çəltik tarlalarının və ölkənin ən böyük zeytun bağlarının suyunu təmin edən sulu çaylarında olduğunu, ancaq son illərdə müxtəlif səbəblərdən dolayı qurumaq üzrə olduğunu yazıb.
Ümumiyyətlə İranda üsulsuz və çox sayda bəndlərin inşa edilməsi təbii su mənbələrin qurumasına bir səbəb kimi göstərilir. Bununla yanaşı kəns təsərrüfatı sahəsində əski üsullarla suvarma və su mənbələrinin düzgün idarə edilməməsi, son illərdə ölkəni bürüyən şiddətli quraqlıq, İranda təbii yeraltı və yerüstü su mənbələrinin qurumasına yol açır.
Mehr xəbər agentliyinin Zəncan vilayətinin Tarım rayonundan yaydığı videogörüntüdə qızılüzən çayının təqribən tamamilə quruduğu müşahidə edilir. Qızılüzən çayı Tarımda 18 min hektar təsərrüfat və bağın su ehtiyacını təmin etdiyi söylənir.
Həmin xəbər agentliyi çayın quruması ilə kənd təsərrüfatı və su məhsulları yetişdirmə sahələrində minlərlə əkinçinin dolanışığının ciddi şəkildə mənfi təsirləndiyini də qeyd edib.
Aydoğmuş bəndindən çaya su açılacağı barədə məlumat yayılsa da, Ətraf mühit ekspertləri çaya inşa edilmiş bəndlərdən su axıdılmasını tələb edirlər və çayın ekosistem tarazlığını itirməsindən və ətraf mühit fəlakətinə yol açmasından narahatdırlar.
VOA