İran Azərbaycanında Qoşadaş abidəsi məhv olmaq təhlükəsi qarşısındadır
Şərqi Azərbaycan vilayətinin Mədəni İrs İdarəsinin direktoru Həmzəzadə Vərziqandakı tarixi Qoşadaş abidəsinin UNESCO-nun ümumdünya irsi siyahısında qeydə alına bilinəcək dəyərə sahib olduğunu deyib.
Şərqi Azərbaycan valiliyinin rəsmi internet portalında yayımlanan xəbərə görə, Vərziqanın mədəni irslər üzrə ixtisaslaşmış iclasında danışan Həmzəzadə vilayətdə 4 min tarixi əsərin olduğunu və onlardan 2 minininn qeydiyyata alındığını bildirərək, Qoşadaş tarixi abidəsinin qeydiyyta alınma potensialına malik olduğunu deyib.
Vərziqanın mədəni irslər üzrə ixtisaslaşmış iclasında Vərziqan valisi Qoşadaş tarixi əsərinə toxunaraq Vərziqanın 12 min il tarixə sahib olduğunu və Vərziqanın fərqli tarixi qala və abidələrə sahib olduğunu söyləyərək, o, bu şəhərin zəngin tarixi keçmişə sahib olduğunu vurğulayıb.
Qoşadaş tarixi əsərləri Şərqi Azərbaycan vilayətinin və Qaradağ bölgəsinin Vərziqan şəhərində yerləşir, bu əsərin yaşı arxeoloqlar tərəfindən 6-12 min il arası təyin olunub.
Qaya üzərində təsvir edilmiş bu tarixi abidədə rəqs edən insan və heyvan naxışları mövcuddur.
Arxeoloqlar bu naxışların eramızdan əvvəl yaşayan insanların sirli həyatlarına işıq tutduğunu bildirilər. Arxeoloqlar Azərbaycanda günümüzdə davam edən təkəmçi ənənəsinin Qoşadaş naxışlarında olan təsvirlərlə əlaqəsi olduğunu deyirlər.
12 min illik tarixi əsərin əhəmiyyətinə baxmayaraq, bu tarixi əsər məhv olmaq təhlükəsi qarşısındadır. Universitet müəllimi Dr. Tohid Məlikzadə tarixi abidəyə yaxın məkanda fəaliyyət göstərən süngün mədəninin bu dəyərli abidəni məhv olma təhlükəsi ilə qarşı-qarsıya gətirdiyini bildirmişdi.VOA