İran Azərbaycanında milli fəallar siyasi məhbuslara dəstək verib
İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəallar siyasi məhbusların aclıq aksiyası ilə yanaşı divarlarda şüarlar yazıb, qraffiti çəkiblər.
Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərin yaydığı məlumata görə, Ərdəbil, Təbriz və Meşkinşəhr şəhərlərində küçələrdə afişalar yerləşdirlərək Abbas Lisani və digər aclıq aksiyası keçirən siyasi məhbuslara dəstək veriblər. Milli fəallar Azərbaycanlı siyasi məhbusların istəklərinin yerinə yetirilməsilə yanaşı dərhal onların azadlığa buraxılmasını istəyiblər.
Təbrizdə Abbas Lisaninin afişaları küçələrdə yerləşdirilərək “Abbas Lisaninin həyatı təhlükədədir” və “Tehranda seçki, Azərbaycanda Aclıq Aksiyası” yazıları yazılıb.
Milli fəallar divarlarda qraffiti çəkərək, “Siyasi məhbusun həyatı təhlükədədir, Abbas Lisani bizim qırmızı xəttimizdir”, Azərbaycan milləti azad olacaq” kimi şüarlar yazılıb.
Ərdəbil həbsxanasında saxlanılan digər 4 siyasi məhbusla birlikdə Evin həbsxanasında saxlanılan Siyamək Mirzayi, Kiyanuş Aslani və Behnam Şeyxi də iyunun 14-dən aclıq aksiyasına başlayacaqlarını bildirmişdilər.
Lisani iyunun 12-də həbsxana rəsmiləri tərəfindən tətbiq edilən təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başladıqdan sonra həmin həbsxana və Tehranın Evin həbsxanasında saxlanılan türk siyasi məhbuslar da aclıq aksiyasına başlamışdılar.
VOA