İran Azərbaycanında dəmiryol işçiləri tətil keçirir
İran Azərbaycanında Salmas, Culfa, Azərşəhr (Tufarqan), Mərənd və Əcəbşer dəmir yolları xətlərinin texniki işçiləri 5 gündür aksiya keçirirlər.
İLNA xəbər agentliyinə (Iranian Labour News Agency) istinadən, işçilər 2 aydan artıqdır gecikmiş maaş və ödənişlərini tələb edir.
“Azərbaycan Dəmir Yolları” işçiləri şənbə günündən bəri iş yerinə gedir, amma çalışmaqdan imtina edərək etirazlarını nümayiş etdirirlər.
Agentliyin xəbərinə görə, “işçilərin əsas problemləri texniki işlərin özəl sektora keçməsindən sonra başlayıb. İşçilər məişətlərini təmin etmək üçün ağır və ədalətsiz şəraitdə çalışır. Onların iş təminatı yoxdur, maaşları hər ay gecikmə ilə verilir.”
İşçilər aylardır tələblərinə diqqət yetirilməməsi səbəbilə aksiyaya başladıqlarını bildiriblər.
voa