İnsan hüquqları təşkilatı: Beşinci həftəsinə daxil olan İran etirazlarında 233 nəfər öldürülüb
Şənbə günü etirazçılar İranın müxtəlif şəhərlərindəki küçələrdə və universitetlərdə hökumət əleyhinə nümayişləri intensivləşdiriblər. İnsan hüquqları monitorinqçiləri bu hərəkatın beşinci həftəyə daxil olduğunu müddətə qədər uşaqlar da daxil olmaqla yüzlərlə insanın öldürüldüyünü bildirirlər.
Nümayişçilər ölkənin şimal-qərbində yerləşən Ərdəbil şəhərinin küçələrində “Rədd olsun diktator” şüarları səsləndiriblər.
Sosial mediada yayılan videolara əsasən, tələbələr Kirmanşah, Rəşt və Tehran universitetlərinin qarşısında yürüşlər keçiriblər. Şimal-şərqdə yerləşən Kürd regionunda nümayişlərin qaynar nöqtəsi olan Sənəndəj şəhərində məktəbli qızlar mərkəzi küçədə “Qadın, həyat, azadlıq” şüarları səsləndiriblər.
Nümayişlər 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra ictimai qəzəb nəticəsində başlayıb. Əmini Tehralda İranın əxlaq polisi tərəfindən İslam Respublikasının geyim qaydalarını pozduğuna görə saxlanılmışdı. İran hökuməti polis nəzarətində olduğu müddətdə Əminiyə qarşı zorakı rəftarın olmadığını bildirir, ailəsi isə onun bədənində zorakılıq izlərinin olduğunu deyir.
ABŞ-da yerləşən HRANA insan hüquqları monitorinq təşkilatının verdiyi məlumata görə, sentyabrın 17-dən başlayan nümayişlərdə azı 233 etirazçının öldürülüb. Təşkilat bildirir ki, onlardan 32 nəfərin yaşı 18-dən aşağı olub. Daha öncə isə, Osloda yerləşən İran İnsan Hüquqları təşkilatı 201 nəfərin öldürüldüyünü bildirmişdi.
İran hökuməti heç bir sübut təqdim etmədən etirazların arxasında Qərbin dayandığını deyir.