İnqilab Keşikçilərinin İran daxilindəki müxalifətə hava hücumu
İslam İnqilab Keşikçiləri misli görünməmiş bir addımla İran daxilində hökumət müxaliflərinə hücum etmək üçün dronlardan istifadə edib.
Bəluç Aktivistləri Kampaniyasının məlumatına görə, dünən, 28 Dekabr 2021-də İnqilab Keşikçilərinin pilotsuz uçan aparatlarının Kirman əyalətinin Samsur Rigan düzündəki kəndə hücumu nəticəsində ən azı dörd Bəluç vətəndaş həyatını itirib.
Öldürülən Bəluç vətəndaşlardan birinin şəxsiyyəti İsanın oğlu “Mehrab İsmayıl Zehi”dır (Şəhbəxş) olaraq bildirilib. Başqa 3 vətəndaşın şəxsiyyəti ilə bağlı məlumat yoxdur.
Dörd Bəluç vətəndaşın silahlı olduğu bildirilir, lakin hərbi pilotsuz aparatların hücumları onlar yatarkən həyata keçirib.
Bu insanların raket hücumu nəticəsində həyatını itirdiyi bildirilir.
Bəluç Aktivistləri Kampaniyası məlumatlı bir mənbəyə istinadən deyib: “Mehrab bu il Noyabrın 17-də Samsur düzündə 14 əsgərin ölümü və yaralanması ilə nəticələnən toqquşmada iştirak edən Məlik Şahbəxşin yoldaşlarından biri idi”
Qeyd edək ki, 2021-ci il 17 Noyabrıda Samsur Riganda olan münaqişənin qurbanlarından biri də Kirmandakı Əbuzər bazasının komandiri “polkovnik Mehdi Tusəng” olub.
Rasad Bəluçistan həmçinin bildirib ki, İnqilab Keşikçiləri Samsur düzündə pilotsuz təyyarənin hücumu və Mehrab Şahbaxşın öldürülməsindən sonra Sərcəngəl və Kəlabid bölgələrinə qoşun göndərib.