İki Zənganli meşəbəyinin öldürülməsinin yeni təfərrüatları; Ovçular meşəbəyilərin başlarına atəş ediblər
6 Aprel çərşənbə axşamı “Mehdi Mocəlləl” və “Mikayıl Haşimi” Zəngan əyalətindəki “Filə Xasa“ adlı qorunan ərazinin iki meşəbəyi, Kalaşnikov ilə güllələnərək öldürüldülər.
Zəngan İntizam Komandanlığının rəhbəri “Cəfər Rəhməti” İRNA-ya bildirib ki, Zənganli meşəbəyilərinin qətlində şübhəli bilinən iki nəfər həbs olundu və günahlarını etiraf etdilər.
“Rəhməti“ əlavə edib ki, Zənganli meşəbəyilər cinayətkar ovçuları heç bir qarşıdurma olmadan tutmağa çalışdılar; Ancaq ovçular meşəbəyiləri müharibə silahları ilə vəhşicəsinə öldürdülər.
“İran Ətraf Mühitin Mühafizəsi İzləmə Təşkilatı” Zəngan Əyalətinin Cinayət Polisi və Kəşfiyyat və Təhlükəsizlik Polisi Rəhbərinə istinadən xəbər verir ki, bazar ertəsi axşamı Zəngan əyalətindəki “Filə Xasa” adlı qorunan ərazidə yerləşən ətraf mühit qüvvələri, qorunan ərazidə brakonyerlərin olduğunu öyrəndikdən sonra ovçuları təqib edirlər. Brakonyerlər də Nissan kamyoneti ilə asfalt yola girərək qaçdılar.
Ovçular Zəngan əyalətinin ana yollarından torpaq yollara və yan yollara girərək ətraf mühit təşkilatının avtomobilini tənha ərazilərdə Kalaşnikov tüfəngliyə vuraraq iki meşəbəyini yaraladılar. Sonra ovçular yaralanan meşəbəyiləri avtomobildən çıxararaq vəhşicəsinə başlarına atəş ediblər.
Meşəbəyilər digər ətraf mühit qüvvələri ilə əlaqələrini kəsdikdən sonra meşəbəyiləri tapmağa çalışırlar, ancaq qaranlıq düşəndə onları tapa bilmirlər.
Hava ağardıqda axtarış qrupları ətraf mühit təşkilatının avtomobilini yan yollda tapırlar və İki gözətçinin cansız bədəni avtomobildən bir az aralı tapılır.
İki gözətçinin öldürüldüyü yerin yaxınlığında, zabitlər ərazidə olan bir nəfərdən şübhələnir və dərhal onu tutaraq polisə təslim edirlər.
Şübhəli, dindirmələr zamanı meşəbəyilərin qətlində heç bir rolu olmadığını, ancaq cinayətin izlərini təmizləmək üçün qatillər tərəfindən hadisə yerinə göndərildiyini iddia edir. Zəngan cinayət polisi qatilləri müəyyən etdikdən sonra onları tutmaq üçün yaşadıqları kəndə gedir.
İki ovçu tutulmağa müqavimət göstərir və zabitlərdən birinin əlini qıraraq polislə toqquşur. Cinayətkarlar, məmurların üstünə benzin tökərək od vurmağa çalışdılar və nəticədə uzun bir mübarizədən sonra həbs olundular. Şübhəlilər polisə göndərildikdən bir neçə saat sonra silahlı qarşıdurma və meşəbəyilərin öldürülməsinə etiraf edirlər. Müttəhimlərin evində aparılan axtarış zamanı üç ov tüfəngi və bir az maral əti tapıldı.
İran Ətraf Mühitin Mühafizəsi İzləmə Təşkilatı yazıb: “Şəhid Mikayıl Haşiminin yeddi yaşlı bir uşağı var və həyat yoldaşı hamilədir, Şəhid Mehdi Mocəlləl subay idi.”
Ətraf Mühitin Mühafizəsi bir çox riskləri olan çətin bir işdir. Çətin yollardan keçmək, səhra və dağlıq ərazilərdə yaşamaq, vəhşi heyvanların hücum etməsi, ilan sancması, yüksəklikdən düşmək, zəhərli maddələrlə, partlayıcı tələlərlə və atəşlə qarşılaşmaq meşəbəyiliyin çətinliklərindən yalnız bir neçəsidir.
İranda 3400 meşəbəyi var. Bu arada, beynəlxalq standartlara görə, hər min hektar ərazidə bir meşəbəyi tələb olunur ki, ancaq İranda hər 10-12 min hektarda bir meşəbəyi var. Bu o deməkdir ki, İranın ən azı 4000 yeni meşəbəyiyə ehtiyacı var. Meşəbəyilərin digər problemlərı arasında uzun iş saatları və aşağı əmək haqqı, ətraf mühitin qorunması üçün müvafiq avadanlığının olmamasıdır.
Bununla birlikdə, brakonyerlərlə silahlı qarşıdurma ehtimalı, meşəbəyilər üçün digər ətraf mühitdəki çətinliklərdən və təhlükələrdən fərqli və acı bir hekayədir.
İndiyə qədər Ətraf Mühit Təşkilatının rəsmiləri ölən və yaralanan meşəbəyilərın sayı barədə dəqiq statistik məlumat verməyiblər. Ətraf Mühit Təşkilatının Qoruma Birliyinin Komandiri “Cəmşid Məhəbbətxani”, 2020-ci ilin Fevral ayında öldürülən meşəbəyilərin sayının “313”, 2020-ci ilin Sentyabrında isə bu rəqəmin “141” olduğunu bildirib.
Meşəbəyilərin brakonyerlərlə toqquşmalarda öldürülə və yaralana bilmə ehtimalına əlavə olaraq, bu Meşəbəyilər son illərdə çoxsaylı məhkəmələrdə iştirak etmişlər.
2019–cu ilin dekabrında, bir hakimin qətlin qəsdən edildiyi barədə qərar çıxardığı Əli Əfzəli adlı bir Kermanli meşəbəyi 9 il həbs cəzası çəkdikdən sonra edam edildi.
2016-cı ilin Dekabr ayında Həmədan əyalətindəki mühafizə olunan “Nəşr” ərazisinin meşəbəyiləri ilə toqquşma zamanı bir ovçu yaralanmış və xəstəxanaya köçürüldükdən sonra ölmüşdür.
Bununla əlaqədar olaraq, Həmədanlı meşəbəyili “Səid Momivənd”, qisas cəzasına məhkum edildi. Ancaq keçən ilin Sentyabr ayında bu meşəbəyinin hökmə etirazından sonra Ali Məhkəmə edam hökmünü ləğv etdi və yenidən mühakimə olunmasına qərar verdi.
Ətraf mühitin çətinlikləri və təhlükələrinin digər ölçülərini göstərən bu cür məhkəmələrdə hal-hazırda çox sayda meşəbəyili iştirak edir. Meşəçilik bütün çatışmazlıqları və təhlükələri ilə birlikdə ətraf mühiti qorumaq üçün dəyərli bir əmanət kimi çalışdıqları bir iş; Ancaq bəzən ovçular meşəbəyilərin başlarına xilas atəşi vurmaqdan belə çəkinmirlər.
iranwire