İki Təbriz sakini həbs edilib
Təbriz sakini olan azərbaycanlı fəal Hüseyn Xudayi və xəstəxana işçisi Rza Rzazadə həbs edilib.
Onlar dekabrın 7-də təhlükəsizlik qüvvələri tərəfindən ayrı-ayrılıqda həbs edilib.
Türk fəal Hüseyn Xudayinin iş yerində həbs edildiyi bildirilir. HRA xəbər agentliyi onun qohumlarından birinə istinadən yazıb: “Təhlükəsizlik qüvvələri onun evində reyd keçirib, bəzi şəxsi əşyaları, o cümlədən cib telefonunu müsadirə edib”.
Həmin gün Təbrizdə yaşayan və həmin şəhərin Şühəda xəstəxanasının işçilərindən olan Rza Rzazadə bu şəhərin Ümumi və İnqilab Prokurorluğuna çağırıldıqdan sonra həbs olunub.
Məlumata görə, o, Şühəda xəstəxanasının ortoped rezidentidir və indiyədək ailəsinin onun müvəqqəti azadlığa buraxılması üçün göstərdiyi cəhdlər nəticəsiz qalıb.
Rzazadənin qohumlarının dediyinə görə, məhkəmə və Təbriz Mərkəzi Həbsxanasının səlahiyyətliləri onun müvəqqəti azadlığa buraxılması üçün mülki zəmanət qarşılığında müvəqqəti olaraq buraxılmasını qəbul etməyib.
İranda davam edən etiraz aksiyalarında həbs edilənlərin çoxu həftələrlə həbsdə saxlanılır və onların girov qarşılığında buraxılmasına izin verilmir.
Təhlükəsizlik qüvvələrinin həbs edilən vətəndaşların ailələrini qorxudub hədələməsi ilə həmin məhbusların vəziyyətinin mediada vasitəsi ilə yayılmasına əngəl olur.