Hökümət sözçüsü : Biz içməli su kimi döyüş güllələri ata bilərdik
Hökumət sözçüsü TV və Radio Universitetinin tələbələri ilə söhbətində iddia edib: “Sual olunur ki, niyə daxili iğtişaşçıları durdurmaqda təmkinli hərəkət edilir? Onu da deyim ki, mən etirazçıları düşmən hesab etmirəm və prinsip ondan ibarətdir ki, küçəyə çıxan bu gənclər səhvə yola çıxmış övladlarımızdır”.
Bəhadori Cəhromi əlavə etdi: “Hökumətin ilk günlərdən polis qüvvələrinə döyüş güllələrindən istifadə etməyə və küçədə kimisə vurmağa icazə verməsi, insanların qorxması və evdən çıxmaması üçün su içmək kimi idi; Amma bu hökumət heç vaxt belə bir şey etmir; Çünki o, etirazçıları öz övladları və ailəsi hesab edir və ölkənin problemlərini həll etmələri üçün bu insanlara çox miqdarda sərmayə qoyulub”.
Bu, Çabaharın parlamentdəki nümayəndəsi Moinəddin Səidinin Bəluc nümayişçilərinin döyüş silahlarından atəşə tutulmasına etiraz etdiyi vaxtdır.
O, Zahidanda baş verən qanlı repressiyaya (30 Sentyabr 2022-ci il cümə) toxunaraq, Sistan və Bəlucistan əyalətindəki etirazçılarla “rəftar” tərzinin fərqliliyinə işarə edərək dedi: “Burada sual budur ki, ölkənin başqa yerlərində plastik güllə, Bəlucistanda isə döyüş gülləsi; Ölkədəki etirazlarda həlak olanların üçdə birindən çoxu Bəlucistana məxsus idi…”.
Lakin bu millətvəkilinin mikrofonu sədrlik komitəsi üzvlərinin etirazına görə bağlanıb.Lakin hökumət sözçüsü Tv və Radio Universitetinin tələbələri ilə keçirilən sual-cavab iclasında bildirib ki, “Düşmənin strategiyası hökuməti öz övladlarına, bu uşaqları isə hökumətə düşman etməkdir. Yeri gəlmişkən, son hadisələrdən keçən 45 gün ərzində hakimiyyət düşmən tələsinə düşməmək üçün əlindən gələni etdi və düşmənin tələsinə düşməmək üçün biz iğtişalari durdurmaqda təmkinli hərəkət edirik”.
#ümumi_etirazlar