Hamid Qərəoğlaninin İran Məhkəmə Başçısına açıq məktubu: Təhlükəsizlik qurumları İranın məhkəmə sistemini girov götürüblər
Urmiyə Həbsxanasında həbsdə olan siyasi məhbus ” Hamid Qərəoğlani”, Məhkəmə Başçısı “Seyyid İbrahim Rəisi”yə açıq bir məktubunda, Ona qarşı çıxarılan hökmlərin, İslam Respublikasının təhlükəsizlik qurumlarının utanmaqsızın saxta iş irəli sürməsinin nəticəsi olaraq adlandırıb.
“Hamid Qərəoğlani” 34 yaşlı və Şəhid Beheşti Universitetində Kompüter Memarlığı sahəsində Magistri dərəcəsində tələbələyi buraxmış Urmiyəli vətəndaşdır.
Bu il 27 İyulda təhlükəsizlik qüvvələri, CCTV kameralarının quraşdırılması Bəhanəsi ilə cənab Qərəoğlani ilə əlaqə quraraq onu görüşə dəvət etmişlər. Onun görüşmə yerində gəlişindən sonra təhlükəsizlik qüvvələri Hamid Qərəoğlanini, tutaraq Kəşfiyyat İdarəsində 20 gün davam edən dindirmədən sonra Urmiyə Həbsxanasına köçürüblər.
Davanın vəkili “Yosif Behnəmun” bu siyasi məhbusun ailəsinə verdiyi məlumata görə, Bu ilin Dekabrında Urmiyə İnqilab Məhkəməsinin İkinci Şöbəsi “Ali Lideri təhqir etmək” ittihamı ilə 13 ay və “Xalqın Mücahidləri qrupuna üzv olmaq” ittihamı ilə Hamid Qərəoğlanini 13 il həbs cəzasına məhkum etdi.
Urmiyə İnqilab Məhkəməsinin üç hakimi bu iş üçün qərar veriblər, hakim “Mohseni” və “Fəramərz Nəcəfzadə” 14 il bir ay həbs cəzasına və hakim “Əli Şeyxlu” Hamid Qərəoğlanini edam cəzasına məhkum edib. Bu vəziyyətdə səs çoxluğu, yəni həbs cəzası tətbiq olunur.
İndi Hamid Qərəoğlanı, Urmiyə Həbsxanasından səs sənədi şəklində bir açıq məktub yayaraq ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və İbrahim Rəisiyə yazdıb: “Cənab Rəisi, şüarlarınıza sadiqsinizsə sizdən yalnız bir xahişim var, təhlükəsizlik qurumlarının mən və ailəm üçün yaratdığı cəhənnəmə son verin.”
Bu siyasi məhbus, açıq məktubunun bir hissəsində, məhkəmə başçısına “Əvvəllər hakimə, müstəntiqə və digərlərinə verdiyim, lakin cavab ala bilmədiyim sualları, bu dəfə sizdən soruşacağam” deyə soruşur: “Cənab Rəisi, məni niyə banditizmlər kimi qaçırdılar? Məni sorğuya çəkib və işgəncə verdilər, dərmanlarımdan məhrum etdilər, həbsxanada təhlükəli cinayətlər bölməsində həbs etdilər və hansı qünaha görə edam və 14 il həbs cəzasına məhkum etdilər?”
Qərəoğlani bu məktubda Urmiyə Həbsxanasında cinayətlərin ayrılması prinsipinin həyata keçirilməməsinə və bu həbsxananın üçüncü bölməsində tutulmasına etiraz edərək dedi: “Cənab Rəisi, Urmiyə Həbsxanasında tiryək istifadə edən, Kəskin bıçaqla öldürməklə təhdid edən, fidyə tələb edən və orada özlərinə bir hökumət quran məhbuslar eyni palatada olduğumu bilirsiniz.”
Bu açıq məktubda Hamid Qərəoğlani, təhlükəsizlik qurumlarının ailəsinə etdiyi təzyiq və təhdidlərə toxunaraq belə deyir: “Cənab Rəisi, mən cinayət törətmədiyim haldə həbs olundum, niyə anam və bacım təhlükəsizlik qurumlarının davamlı təzyiqinə məruz qalırlar və daima kəşfiyyat qüvvələri tərəfindən təhdid edilirlər. Cənab Rəisi, bilirsiniz ki, həbsxana qapıçısından məhkəmə hakiminə qədər müəllim olan qoca anama hörmətsizlik edilər. Bilirsiniz, bacım təhlükəsizlik qüvvələrindən qorxduğu üçün evdən eşiyə çıxmaqdan qorxur. Cənab Rəisi, hansı günahımıza görə bizə belə zülm edirsiz.”
Bu siyasi məhbus açıq məktubun bir hissəsində, məhkəmə başçılığına keçdikdən sonra İbrahim Rəisi tərəfindən səsləndirilən təbliğat və korrupsiya ilə mübarizə şüarına edərək deyir: “Korrupsiyaya qarşı mübarizə aparmaq üçün gəldiyinizi söylədiniz. Korrupsiyaya qarşı mübarizəni başçılıq etdiyiniz qurumdan başlamaq daha yaxşı deyilmi. Təhlükəsizlik qurumları İranın məhkəmə sistemini girov götürüldüyünü bilmirsiniz. Bilirsinizmi bu qurumlar, sübutlar olmadan, sənədsiz və hesabsız qorxusuzca saxta iş irəli sürərək və ssenarilər yazır və hakimlərə istədikləri hər hansı bir cəzanı verməsi üçün zorlayırlar.”
Bu açıq məktubun sonunda Hamid Qərəoğlani, Xalqın Mücahidləri Təşkilatına üzv olduğunu inkar etməklə birlikdə, Ona qarşı irəli sürülən ittihamları “utanmaqsızın saxta iş irəli sürmək” adlandıraraq deyir: Cənab Raisi, mən heç vaxt heç bir təşkilatın üzvü olmamışam. Özümü [İran] vətəndaşı hesab edirəm və özümün və ölkəmin xalqının vətəndaşlıq hüquqları ilə əlaqədar qayğılarım var. 28 Oktyabrda məhkəmədə və hakim Əli Şeyxlu qarşısında vurğuladığım kimi, Mənə qarşı ittihamları qəbul etmirəm və qəbul etməyəcəm. Bu ittihamlar saxtadır və təhlükəsizlik qüvvələrinin utanmaqsızın saxta iş irəli sürməkdən başqa bir şey deyildir. Nəinki mən bir siyasi qrupa və ya təşkilata üzv olmamışam, hətta Xalqın Mücahidləri Təşkilatı kimi siyasi partiyalara rəğbətim yoxdur. Cənab Rəisi, şüarlarınıza sadiqsinizsə sizdən yalnız bir xahişim var, təhlükəsizlik qurumlarının mənim və ailəm üçün yaratdığı cəhənnəmə son verin.”