Həsən Ruhani Urmiyə gölünün xilas edildiyini iddia edir
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani iyunun 23-də bir iclasda Urmiyə gölünün canlandığını iddia edərək deyib ki, ‘Urmiyə gölü qurtarılmasaydı, indi Təbriz vətəndaşlardan boşalmışdı; heç kim Təbrizə sərmayə yatırmayacaqdı.’
İran prezidentinin bu iddiası mübahisələrə yol açıb. Belə ki, bəzi mütəxəssislər Urmiyə gölünün vəziyyətinin yaxşılaşmasını Urmiyə Gölü Canlandırma Mərkəzinin fəaliyyətləri nəticəsidnə yox, bəlkə son illərdə artan yağışlar nəticəsində baş verdiyini irəli sürürlər.
Bu barədə İranda dərc edilən Risalət adlı qazetinə danışan tədqiqatçı və su sesursları mütəxəssisi Nasir Xəyyat Xalqi illər əvvələ görə gölün vəziyyətinin yaxşılaşdığını desə də, o gölün tam şəkildə canlanmadığı qənaətindədir.
“Göl illər əvvəl tam quruma ərəfəsindəydi, ancaq gölün əsas fiquru göstərir ki, onun ekoloji səviyyəsi 1274.1 sm-dir və bu səviyyəyə çatmasına hələ çox qalır” – deyə, o qeyd edib.
O, həmçinin Urmiyə gölünün tam xilas edilmədiyini vurğulayaraq deyib ki, Urmiyə Gölünü Canlandırma Mərkəzi yaxşı işlər görsə də, əsas məsələ odur ki, “keçən və bu il əlverişli yağıntılar gölün suyunun səviyyəsini müəyyən dərəcədə yüksəltdi, ancaq mövcud problemlər üzündən hələ istənilən səviyyəyə çatmamışdır.”
Yay mövsümü və havaların istiləşməsi, sentyabr ayına qədər davam edən isti, 3 ay ərzində suyun buxarlanması ilə gölün su səviyyəsinin azalacağı ehtimal edilir. Bu barədə Təbriz Universitetinin müəllimi İSNA xəbər agentliyi ilə müsahibə də yay mövsümündə suyun 30 faizinin buxarlanacağını təxmin edildiyini söyləyib. O, keçən il 1 milyard 850 milyon kubmetr suyun isti aylarda buxarlandığını qeyd edib, rəsmilərin bu haqda lazımi tədbirlər almasını tələb edib. VOA