Həqiqət nədir?
Yazını səsli dinləmək üçün bura tıxlayın
Əziz İnsafəli bey Hidayət
Bir afiş vasitəsi ilə, TV proqıramınız üçün bir sual vermisiniz və orada bu suali önə sürmüsünüz ki; (Güney) Azərbaycandan müdafiə etmək üçün silahlı partiyalar, yoxsa silahlı xalq lazimdir? Və sonrada oxucularınızdan fikir istəmisiniz.
Azərbaycandan mudafiə etmək üçün, ilk öncə təməl daşları, yəni milli kimliyi (Türk olmamızı), milli dili (Türkcəmizə)və milli vətəni (Güney Azərbaycanı) tanımaq və qavramaq lazimdir. Sonra sizin sualınıza yetişmədən öncə;
Birinci dərədədə, milli və həqiqətən demokratik düşüncə oluşması lazimdir.
İkinci dərəcədə, Adın çəkdiyim o düşüncəyə dayanaraq siyasi və mədənə təşkilatlar bərpa olunmalıdır.
Üçüncü dərəcədə, yaranan təsəkküllər adın çəkdiyim məfkurəni xalq içində yaymalı və yayqınlaşdırmalıdır, və bu vasitə ilə xalqın çoxunluğu bu məfkurə ilə tanış olmaqla, toplumda möhtəməl təhlükələrə qarşı haqırlıqları olmalıdır.
Dördüncü dərəcədə, fərqli ideolojiyası olan siyasi partiyalar müəyən bir xarici təhlükə qarşısında ittifaqlar berpa etməlidirlər.
Beşinci dərəcədə, təhlükə hərbisə, o partiyalar lazim olursa, taktiki, ve ya istratejik hərbi müdafiəyə qərar verirlər və bu vasilə ilə vətəndən mudafiə edirlər.
Tənqidi baxış;
Sual: Həqiqətən bizimkilər milli kimlik, milli dil və milli vətəni qavramışlar mı?
Sizin Tvnin sahibi, Ahməd Oblıdan başlayaq. O deyir ki “türk dilində bir millət yoxdur”! O deyir ki millətimizin adı “Azərbaycanlı, Azərbaycan türküdu” və bir az qalır ki bizim xalqın adın “azəri” adlandırsın! Bu yəni hərəkatımızda “kimlik böhranı”. Bu yalnız Ahməd Obalı deyil diyil ki, çoxları bilə-bilə və ya bilmeyə- bilmeyə bunu deyirlər. Onlar ki hərəkatımızı “Türk milli hərəkatı” yox, “Azərbaycan milli hərəkatı” aklandırırlar, kimlik böhraninda üzürlər. Bunların hamısı dilimizin adnındada problemlidirlər və türkcəmizi “Azərbaycan dili” və ya ən gözəl halda onu “Azərbaycan türkcesi” adlandırırlar. Hal bu ki bizim milli dilinizin adı yalnız Türkcədir. Bunuda biz analarımızdan və toplumumuzdan öyrənmişik.
Milli vətən yəni Güney Azərbaycana gəldiyimizdə, oradada oqədər fərqili fikirlər var ki deməklə bitməz.
İndi isə, yuxarıda izah etdiyim təməl daşlar öz yerində deyil. Təmə daşlar öz yerində olmadan siz hankı “silahlı partiyalar” ve ya “silahlı xalqdan” danışa bilərsiniz?
Hərəkatdımzda oqədə hay-kuy, oqədər popolizim, oqədər şantaj, saldırı və yalan danışma kültürü, o qədər iran ittilaatından nufuzi var ki, həqiqətlər xalqımıza çatmaqda çox çox ciddi çətinliklər və əngəllər var.
Həqiqətən deyə bilərəm ki qorxunc bir durum var. Bu qorxunc durumu izah etmdən belə qorxuram.
Hörmətlərimlə
Yunus Şamili
20200620
حقيقت نه دير؟
عزيز اينصافعلى بئى هدایت
بیر آفیش واسیطه سی ایله، تی وی پروقیرامینیز اوچون بیر سوال وئرمیسینیز و اورادا بو سوآلی اؤنه سورموسونوز کی؛ (گونئی) آزربایجان دان موافعه ائتمک اوچون، سیلاحلی پارتیالار، یوخسا سیلاحلی خالق لازیم دیر؟ و سونرادا اوخوجولارینیزدان فیکیر ایسته میسینز.
آزربايجاندان مودافعه ائتمك اوچون، ایلک اؤنجه تمل داشلاری، یعنی ميللى كيمليكى (تورك اولماميزى)، ميللى ديلى (توركجه ميزى) ، وميللى وطنى (گونئى آزربايجانى) تانيماق و قاوراماق لازیم دير. سونرا سيزين سوآلينيزا يئتيشمه دن اؤنجه;
بيرينجى درجه ده؛ ميللى و حقيقتن دئموكراتيك دوشونجه اولوشماسى لازيم دير.
ايكينجى درجه ده; آدين چكدييم او دوشونجه يه داياناراق، سياسى و مدنى تشكيلات لار برپا اولونمالى دير.
اوچونجو درجه ده؛ يارانان تشككول لر آدين چكدييم مفكوره نى خالق ايچينده يايمالى و يايقينلاشديرمالى دير، و بو واسيطه ايله خالقين چوخونلوغو بو مفكوره ايله تانيش اولماق لا، توپلومدا مؤحتمل تهلوكه لره قارشى حاضيرليق لارى اولماليدير.
دؤردونجو درجه ده; فرقلى ايدئولوژيياسى اولان سياسى پارتيالار معيين بير خارجى تهلوكه قارشيسيندا ايتتيفاقلار برپا ائتمه ليديرلر.
بئشينجى درجه ده; تهلوكه عسگرى ايسه، أو پارتيالار لازيم اولورسا، تاكتيكى، و يا گركيرسه ايستراتئژيك عسگرى مودافعه يه قرار وئريرلر و بو واسيطه ايله وطن دن مودافعه ائدير لر.
تنقيدى باخيش:
سؤال؛ حقيقتن بيزيم كيلر ميللى كيمليك (ميللى هويت) ميللى ديل و ميللى وطنى، قاوراماق يوخ، تانييرلار مى؟
سيزين تلويزيونون صاحيبى، احمد اوبالى دان باشلاياق. او دئير كى “تورك آديندا بير ميللت يوخدو”! او دئيركى ميللتيميزين آدى “آزربايجانلى، آزربايجان توكودور” و بير آز قالير كى بيزيم خالقين كيمليين “آذرى” آدلانديرسين. بو يعنى حركاتيميزدا “كيمليك بؤحرانى”. بو يالنيز احمد اوبالى دئیل كى، چوخ لارى بيله- بيله و يا بيلمئيه- بيلمئيه بونو دئيرلر. اونلار كى حركاتيميزى تورك ميللى حركاتى” يوخ “آزربايجان ميللى حركاتى” آدلانديريرلار، كيمليك بؤحرانيندا اؤزو لر (شنا ميكنند). بونلار ين هاميسى ديليميزين آديندادا پروبلئم لى ديرلر و توركجه ميزى، “آزربايجان ديلى” و يا أن گؤزل حالدا اونو “آزربايجان توركجه سى” آدلانديريرلار. حال بو كى بيزيم ميللى ديليميزين آدی یالنیز “توركجه”دير. بونودا بیز آنالاريميزدان و توپلوموموزدان اؤيرنميشيك.
ميللى وطن يعنى گونئى آزربايجانا گلدييمیزده، اورادادا اوقدر فرقلى فيكيرلر وار كى دئمك له بيتمز.
أيندى، يوخاريدا إيضاح ائتدييم تمل داشلار اؤز يئرينده دئیل لر. تمل داشلار اؤز یئرینده اولمادان سيز هانكى، سيلاحلى پارتيالار دان و هانكى سيلاحلى خالق دان دانيشا بیلرسينيز؟
حركاتيميزدا اوقدر هاى- كوى، اوقدر پوپوليزيم، او قدر شانتاژ، سالديرى و يالان دانيشما كولتورو، اوقدى ایران اطلاعات نفوزوسو وار كى، حقيقت لرى خالقيميزا چاتديرماقدا چوخ چوخ جيددى چتينليك لر و انگل لر وار.
حقيقتن دئيه بيليرم كى قورخونج بير دوروم وار. بو قورخونج دورومو إيضاح ائتمه دن بئله قورخورام.
حورمتلريمله
يونس شاميلى
20200620