Güneyli siyasi məhbus Əli Vasiqi məzuniyyəti bitdikdən sonra həbsxanaya qayıdıb
Ərdəbil həbsxanasında saxlanılan güneyli siyasi məhbus Əli Vasiqi məzuniyyəti bitdikdən sonra həbsxanaya qayıdıb.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, girov qarşılığında məzuniyyətə buraxılan Əli Vasiqi martın 22-də Ərdəbil həbsxanasına qayıdıb.
Vasiqi mart ayının 15-də məzuniyyətə buraxılmışdı.
Əli Vasiqi qardaşı Rza Vasiqi ilə birlikdə iyunun 10-da Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmalarına dair məhkəmə hökmü təqdim edilmədən iş yerlərində döyülərək nəzarət altına alınmışdılar.
Vasiqi qardaşları altı gün Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlandıqdan sonra iyunun 16-da hər biri 110 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
Avqustun 18-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri hakim Məhdəvirad Əli və Rza Vasiqini “gecəlik yaymaq ilə sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.
Oktyabrın 5-də Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi hakim Məhdivərd tərəfindən onlara verilən hökmü azaldaraq, eyni ittihamlarla hər birisini 2 illik həbs cəzasına məhkum edib.
Əli Vasiqi daha əvvəl də İran Azərbaycanının Kəleybər şəhərində Babək Qalası yürüşü və anti-irqçilik etirazları ilə əlaqədar həbs və mühakimə edilib.
VOA