Güneyli məhbus Rza Vasiqi məzuniyyətə buraxılıb
Ərdəbil həbsxanasında 2 illik həbs çəkməkdə olan türk fəal Rza Vasiqi iyulun 22-də iki həftəlik məzuniyyətə çıxıb.
Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumata görə, iyulun 15-də həbsxanaya qaytarılan siyasi məhbus Rza Vasiqi bir daha məzuniyyətə buraxılıb.
İranda həbsxanalarda koronavirus pandemiyasının sürətlə yayılmasının önünü almaq üçün məhbuslara mülki zəmanət qarşılığında məzuniyyət verilir.
Avqustun 18-də Ərdəbil İnqilab Məhkəməsi Rza Vasiqini “gecəlik yaymaq ilə sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 2 il həbs cəzasına məhkum edib. Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi isə, birinci məhkəmənin Vasiqiyə verdiyi hökmü təsdiqləyib.
İran həbsxanalarında tutumundan çox məhbusun bir arada saxlanılması və sağlamlıq protokollarının riayət edilməməsi həbsxanalarda Covid-19 xəstəliyinin yayılması ilə bağlı narahatlıqlar davam edir.
2019-cu ilin mayında Tasnim xəbər agentliyində yayımlanan məlumata görə, İran Həbsxanalar İdarəsinin rəhbəri Əsgər Cahangir, həbsxanaların tutumundan 2,5 dəfə çox məhbus saxlanlıdığını bildirmişdi. Həmin ilin iyulunda isə, İSNA xəbər agentliyi Sosial Təminat İdarəsinin müdirinə istinadən İranın dünyada məhbus sayına görə 9-cu sırada olduğunu qeyd etmişdi.