Güneyli məhbus koronavirus şübhəsi ilə yenidən məzuniyyətə buraxılıb
Şərqi Azərbaycan vilayətində bir neçə gün əvvəl məzuniyyət müddəti bitdikdən sonra həbsxanaya qaytarılan türk fəal Səhənd Məali koronavirus şübhəsi ilə sentyabrın 26-da yenidən məzuniyyətə göndərilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “siyasi məhbusda COVID-19-a şübhəli simptomlar göründükdən sonra bir aylıq məzuniyyətə buraxılmasına qərar verilib.”
Şərqi Azərbaycan vilayətinin Sarab şəhərinin həbsxanasında saxlanılan Məali daha əvvəl 100 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyyətə göndərilmişdi.
2019-cu ildə bir il həbs və pul cəriməsinə məhkum olan Səhənd Məali keçən iyun ayının 30-da nəzarət altına alınaraq Sarab həbsxanasına göndərildi.
Məali həmçinin 2018-ci ilin iyun ayında keçirilən Babək Qalası yürüşü ilə əlaqədar 10 ay həbs cəzasına məhkum olmuş və həbs müddətini həmin həbsxanada keçirmişdi.VOA