“Gözəl vətən” jurnalının ikinci sayı nəşr olunub
Təbrizin Pəyame Nur Universitetində “Gözəl vətən” öyrənci nəşriyyəsinin ikinci sayının elektron versiyası nəşr olunub.
jurnalda ictimai, mədəni və elmi mövzularda türkcə-farsca məlumatlar dərc edilib.
koronavirus böhranı səbəbi ilə Universitetlər yenidən açıldıqdan sonra jurnalın çap edilmiş versiyası maraqlananlara təqdim ediləcəkdir.
Jurnalın bu sayında “Kəsrəvi və təhrifləri”, “İranda yaşayan iltisaqi dilli xalqlar”, “daşbabalar”, “damğalar”, “cəmiyyətdə qadının yeri”, “Azərbaycan qadınları”, “İslamda qadın hüquqları”, “İran Konstitusiyasının 15-ci, 19-cu və 48-ci maddələrinin insan haqları və İslam hüququ yönündən tədqiqi”, “koronavirus pandemiyasının hüquqi cəhətlərinin araşdırması” mövzularından bəhs olunub.