Gilan universitetinde türkcə-farsca “Yağış” jurnalı qapadılıb
İranın Gilan vilayətində Gilan Universitetində türk tələbələr tərəfindən nəşr olunan “Yağış” jurnalının fəaliyyəti ilk saydan sonra dayandırılıb.
Tələbə jurnalının səlahiyyətliləri tərəfindən açıqlanan məlumata görə, İranda etniklərin hüquqları ilə bağlı məqalə dərc etmək, tarixi abidələrin türkcə adlarından istifadə etmək, Xəzər adını və Qarabağla bağlı fotolardan istifadə etmək kimi səbəblərə görə həmin dərginin birinci saydan sonra ikinci sayının nəşrinə icazə verilməyib.
Direktoru İbrahim Gənci və yazarlar heyətində tanınmış milli fəal Həsən Raşidi və Vədud Əsədi kimi şəxsiyyətlər olan “Yağış” dərgisinin sosial mediada yayımladığı məlumata görə, jurnala qarşı hər hansı bir fiziki və yaxud hüquqi şəxs tərəfindən şikayət edilməyib və dərginin fəaliyyətinin dayandırılması universitet səlahiyyətlilərinin şəxsi təşəbbüsü ilə və qanunsuz şəkildə baş verib.
“Universitet nəşrlərinə nəzarət üçün icra qaydalarının beşinci və altıncı hissələrini nəzərə almadan olub. Bu səbəblə bu hökmün heç bir qanuni və ya qeyri-qanuni etibarlılığı yoxdur.”
“Qələmin repressiya sjyasətinin davamında bu dəfə “Yağış” tələbə jurnalının sırası idi ki, dayandırılması ilə yazıçılar və Azərbaycan tələbə hərəkatına daha bir zərbə vurulsun.” İyulun 16-da jurnalının səlahiyyətliləri tərəfindən yayımlanan bəyanatda qeyd edilib.
“Yağış tələbə jurnalının ikinci sayının dərc edilməsi üçün bu toplunun izlənilməsindən sonra, rəsmilər şifahi olaraq bu jurnalın fəliyətinə davam edə bilməyəcəyini elan etdilər, amma bu dayandırmanın səbəbini soruşduğumuz zaman, jurnalda “Kaspiyən” adının əvəzinə Xəzər adının istifadə olunması, “Türk” kəlməsindən istifadə etmək, Türklərin tarixi yerlərindən ad aparmaq və etnik qruplarının hüquqlarına toxunmağımızı dedilər”, bəyanatda dərc edilib.
Daha öncədə İran Azərbaycanında bir çox tələbə jurnalının nəşrinə o cümlədən Təbriz Azad Universitetində Açıq söz, Marağa Universitetində Elin, Urmiyə Universitetində Dəniz tələbə dərgilərinin fəaliyyəti dayandırılıb.
VOA