Related Posts
Azərbaycan xəbərləri, İNSAN HAQLARI, Xəbər, اخبار آذربایجان, حقوق بشر
ABŞ-ın Minneapolis şəhərində afroamerikalı George Floyd-un ölümündə iştirak edən və buna görə artı işdən çıxarılmış bütün polis əməkdaşlarına qarşı yeni ittihamlar elan edilib.
Əvvəllər ittiham edilməmiş digər üç zabit, yardım və öldürməyə təhrik ittihamı ilə üzləşiblər.
Son səkkiz gün ərzində nümayişlərin böyük əksəriyyəti dinc keçib, lakin bəziləri zorakılığa çevrilib və bir sıra şəhərlərdə komendant rejimləri tətbiq edilib.
Yeni ittihamları elan edən Minnesota ştatının Baş prokuroru Keith Ellison ədalətin tərəfində olduqlarını söyləyib.
Derek Chauvin əvvəlcə üçüncü dərəcəli qətl və ikinci dərəcəli bilmədən adam öldürmə ittihamı ilə üzləşmişdi.
Bunlar onun ittiham vərəqində qalacaq.
Minnesota senatoru Amy Klobuchar, Twitter-də son ittihamların “ədalət üçün başqa bir vacib addım” olduğunu söyləyib.
Floyd ailəsinin vəkili Benjamin Crump verdiyi açıqlamada deyib: “Bu, ədalət yolunda irəliyə doğru əhəmiyyətli addımdır və sevinirik ki, bu vacib addım George Floyd-un cəsədi dəfn edilməzdən əvvəl atılıb”.
Lakin o, daha sonra CNN-ə açıqlamasında ailənin Derek Chauvin-ə qarşı irəli sürülən ittihamın birinci dərəcəli qətl kimi qiymətləndirilməsinin vacibliyinə inandığını deyib. Vəkilin sözlərinə görə, onlara istintaqın davam etdiyi və ittihamların sonra da dəyişə biləcəyi deyilib.
Minnesota qanunlarına görə, birinci və ikinci dərəcəli qətl müttəhimin öldürmək niyyətində olduğuna dair sübut tələb edir. Birinci dərəcə, əksər hallarda əvvəlcədən hazırlaşma tələb edir, ikinci dərəcə daha çox ehtiras cinayətləri ilə əlaqədardır.
Üçüncü dərəcəli qətl hökmü müttəhimin qurbanının ölməsini istədiyi barədə sübut tələb etməyəcək, yalnız onun hərəkətlərinin təhlükəli olduğunu və insan həyatına əhəmiyyət verilmədən həyata keçirildiyini göstərəcək.
İkinci dərəcəli cinayət məhkumluğu üçüncü dərəcəli cəzadan 15 il çox, yəni, 40 ilədək müddətə cəza vəd edə bilər.
Mayın 25-də Minneapolisdə 46 yaşlı George Floyd saxta pulla siqaret alışını araşdıran polis tərəfindən dayandırılıb.
Video görüntülərdə Floyd-un həbs olunduğu və nəfəs ala bilmədiyini dedikdən sonra ağdərili polisin dizi ilə hələ bir neçə dəqiqə də onun boynunu sıxdığı görürünür.
Bundan sonra ABŞ-ın bir çox şəhərində və beynəlxalq miqyasda etirazlar başlayıb, Avstraliya, Fransa, Hollandiya və İngiltərədə, Londonun mərkəzində minlərlə adamın toplaşdığı mitinqlərlə birlikdə davam edib.BBC
Azərbaycan xəbərləri, İNSAN HAQLARI, Xəbər, اخبار آذربایجان, حقوق بشر