“Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində basqının qarşısı alınıb”
Müdafiə Nazirliyinin sözçüsü polkovnik Vaqif Dərgahlı deyib.
Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistan ordusu Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstərib, bu “hərəkətin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib.”
Nazirlik geri çəkilərkən qarşı tərəfin əsgərlərinin meyitlərinin döyüş meydanında qaldığını bildirib.
Vaqif Dərgahlı həmçinin bildirib ki, “Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib.”