Fransalı turist Benjamin Breyer Məşhəd həbsxanasında aclıq aksiyasına başlayıb
İranda həbsdə olan fransalı turist Benjamin Breyerin vəkili Səid Dehqan tvwitter hesabında onun Məşhəd həbsxanasında aclıq aksiyası keçirdiyini yazıb.
Beynəlxalq Vəkillər Kollegiyasının üzvü bu gün, 27 Dekabr 2021-ci il bazar ertəsi öz hesabında fransız turistin ikinci Milad bayramını həbsxanada keçirdiyini və onun Müvəkkilinin Milad bayramı üçün ailəsi ilə əlaqə saxlamağa icazə verilmədikdən sonra bu addımı atdığını yazıb.
Səid Dehqan bunu Məşhəd İnqilab Məhkəməsindən soruşaraq tweetinə davam etdi “Hazırda 570 gün həbsdə olan Benjamin Breyerə qarşı siyasi ittihamları həll etmək üçün nə gözləyirsiniz?”
Avatoday xəbər saytı da yaydığı xəbərdə fransız turistin Milad ərəfəsində ailəsi ilə əlaqə saxlamasına icazə verilmədiyini təsdiqləyib və yazıb ki, bu hərəkət Məşhəddəki Vəkilabad həbsxanasının məsul şəxslərinin vədlərinə zidd edilib, çünki onlar öncələr ona demişdilər ki Milad Bayramında ailəsi ilə telefonla görüşə bilər.
36 yaşlı Benjamin Breyer 2020-ci ilin May ayında pikapla İrana gedən Fransa vətəndaşıdır və İran-Türkmən sərhədi yaxınlığındakı düzənliklər üzərində “dronu” uçurduqdan sonra həbs edilib.
O, İran məhkəməsi tərəfindən “qadağan olunmuş ərazilərin fotoşəkillərinin çəkilməsi və casusluqda” ittiham olunub. Fransa Xarici İşlər Nazirliyi öncələr bu iddiaları təkzib edərək, Fransa vətəndaşının sadəcə olaraq İrana istirahət üçün səfər edən sadə bir turist olduğunu və iddialardan xəbəri olmadığını vurğulayıb.
Cənab Breyerin bacısı Blandin Breyer daha öncə aawsat -a verdiyi müsahibədə qardaşına qarşı ittihamları rədd edərək demişdi ki, “O, supermarketdən turist dronu alan adi fransız turist idi”.
O, qardaşının ailə ilə telefon əlaqəsinin məhdudiyyətlərindən də danışaraq, ailəsi ilə bir neçə həftədən bir danışa biləcəyini və ailəsi ilə danışmaq hüququ üçün hər gün “mübarizə aparacağını” deyib.
İran hökuməti son illərdə çoxlu sayda xarici vətəndaşı və ikili vətəndaşlığı müxtəlif ittihamlarla, o cümlədən “casusluq, xarici təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmək və ya rejimə qarşı hərəkət etmək” ittihamı ilə həbs edib və bəziləri başqa ölkələrdə iranlı məhbuslarla dəyişdirilib.
Öncələr İslam Respublikası səlahiyyətliləri tərəfindən İrana dəvət edilmiş və ya səfər etmiş, saxlanılıb həbsdə olan bir çox insan haqları fəalları və ikili vətəndaşlar İranın hərəkətlərini məqsədlərinə çatmaq üçün siyasi “girov götürmə” forması kimi şərh ediblər.