Fars dilində yetərlilik testi asimilasiya təmələ dayanır
İran İslam Respublikası indiyə qədər tapdaladığı vətəndaşlıq haqqları – zorakılıq, din və dil azadlığının bastırılması, sinif zülmləri və.s vəhşiliklərlə yanaşı, son zamanlarda uşaqlara da rəhm etmir və fars olmayan uşaqları birbaşa orta əsrlərdə qalmış qanun layihələri ilə hədəfə alır.
“Fars Dili Yetərliyi Testi” kimi geri qalmış və irqçı layihə ilə gələcək nəslə öz gücünü göstərərk, fars olmayan uşaqları monolingual sistemdə daha da vəhşicəsinə həll etməklə, onları mənsub olduğu dillər və zəngin mədəniyyətlərdən daha uzaqlaşdırmağı planlaşdırmaqdadır.
Rejimin uşaqlara qarşı bu naşıca və acımasızca qərarları UNESCO kimi öndə gedən və aparıcı beynəlxalq təşkilatların çoxdilli təhsil sistemində əldə etdikləri başarılarına uyğunsuzluq təşkil edir.UNESCO Davamlı İnkişaf adı altında olan çoxdilli təhsil sistemini 2030-cu ilə qədər tamamlamağı qərara alıbdır. Bu proqramla YUNESKO çağımızda sürətlə yox olan dilləri qorumağa çalışır. Bundan əlavə, gələcək nəslin savadsızlığa və məktəbi tərk etməməsinə səbəb olan amili yəni, monolingual təhsil sisteminə məcburən itələnən uşaqları himayə altına alır ki, insanların ana dilində təhsil almaqla yanaşı istedadlarının çiçəklənməsi güclənsin və beləliklə getdikcə yoxsulluq və məyusluğun əsas səbəblərindən biri – savadsızlıq – aradan qalxmış olsun.
Ana dilində təhsil alma uşaqların öyrənmək qabiliyyətində mühüm rol oynayır. Uşaqlarda intellektual inkişaf prosesinin əsas amilidir və ilk günlərdən uşaqların ətraf aləm haqqında təsəvvürlərini formalaşdıran fundamental və əvəzolunmaz bir mədəniyyət vasitəsidir.
Artıq sübut olmuşdur ki, ana dilində danışmağa və təhsil almağa təşviq olunan uşaqlarda duyğusal mürəkkəbliyinə baxmayaraq kədər, ağrı, qorxu, sevgi, nifrət … hallarında özlərini emosional baxımdan tam ifadə etmək üçün daha çox inam və qabiliyyət var. Doğma ana dili yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda ən dərin hisslərin, düşüncələrin, öyrənmənin və təcrübələrin, yaddaşın və mədəniyyətin formalaşması, insanın beynindəki mövcud duyğuların ifadəsi üçün bir zəmindir.
İran İslam Respublikası rejimi tanınmış müasir beynəlxalq təşkilatların xəbərdarlıqlarına və proqramlarına zidd hərəkət edərək, müxtəlif başlıqlar altında o cümlədən ana dili farsca olmayan uşaqlara “kömək etmək” adı altında bu dil qətliamı və ya soyqırımı ortaya atmaqdadır.
Bununla dövlət 4 yaşında uşaqların ana dili ilə formalaşan normal mənəvi və emosional inkişafını guya “müsbət müdaxilə” ilə açıq şəkildə pozmağa çaba göstərir və onları fars dilinə və beləliklə -mədəniyyətinə doğru yönləndirir, habelə uşaqları ruhsal böhrana salaraq onlarda təfəkkür formalaşmasında pozğunluq və dayanıqlıq yaradır.
İrandakı rejim fars olmayan millətlərin mübarizələrini yəni, – indiki təhsil sisteminin patogen təsirini -dayandırmağa çalışmalarını və onu çoxdilli təhsil sisteminə dəyişdirmək cəhdlərini təhlükəsizlik məsələsi kimi göstərir və onu öz hakimiyyətinə qarşı təhdid olaraq qimətləndirir. Halbuki, mövcud olan təhsil sisteminin fars olmayan bölgələrdə məktəbdən qaçmaq və yüksək savadsızlığa səbəb olması hətta rejimin işçiləri tərəfindən danılmaz sübut olduğu təsbit edilmişdir.
Bəllidir ki, rejim çoxdilliliyin və ana dilində təhsilə başlamağın fars dilini təhdid etmədiyini bilmir, halbuki, bu əksinə hətta farsdilli olmayan bölgələrdə məktəbi tərk etmədən fars dilini də ana dili yanında öyrənməyə kömək edə biləcəyini anlamır. Əksinə, öz ana dillərində dərs verməkdən imtina etmək separatizmi gücləndirir və milli-etnik ziddiyyətləri artırır.
Rejimin ibtidai təhsil rəhbərinin müavini Rezvan Hakimzadə Xüsusi Ehtiyacları Olan Uşaqların Təhsili Təşkilatı ilə birlikdə məktəbəqədər uşaqların fars dilində bilik və anlayış səviyyələrini “qiymətləndirməyi” planlaşdırdığını söyləyibdir. O bu qeyri-insani layihə ilə İran əhalisinin 70%-dən çoxunu təşkil edən fars olmayan etnik gruplarının ana dillərini silməyə çalışır. Rezvan Hakimzadə o cümlədən demişdir: “Bu təhsil qiymətləndirməsi hazırda cismən, mental və sağlamlıq baxımı ilə məhdudlaşır və ümid edirik ki, birinci sinif uşaqlarının məktəbə gəlməsindən ən azı iki il əvvəl, bütün İran daxilində həm də fars dili biliklərinin qiymətləndirilməsini də əhatə edəcək”. Bu o deməkdir ki, ilk dili fars dili olmayan uşaqların fars dili bilməməsi korluq, eşitmə əngəlli, zehni gerilik, zehni pozğunluqlara bənzər bir əlillik kimi tanınması lazımdır .Uşaqlararası həqiqi ədaləti yaratmaq Rezvan Hakimzadənin təklif etdiyi faşist və irqçi layihələrlə yox, – çoxdilli təhsil sistemi və ya təhsil sistemində YUNESKO-nun Davamlı İnkişafı programı kimi üsullar ilə əvəz olunmalıdır.
Təəssüf doğuran məqam İran fars müxalifətinin səssizliyi və rejimin qeyri-fars millətlərinin övladlarına qarşı etdiyi qəddarlıq və zülmü təsdiqləyən performansı daha doğrusu, hərəkətsizliyidir. Daha bilmirlər ki, milli zülm probleminin həll edilmədiyi bir sistemdə heç vaxt guya dəstək olduqları demokratiyanı həyata keçirə bilməyəcəklər. Gün gələcək bu sükutlarının tüstüsü öz gözlərini örtəcək. Qadın haqqları məsələsinin həll edilməmiş qaldığı bir cəmiyyətdə olduğu kimi ədalət və tərəqqi olmayacaq və belə cəmiyyətin durğunluq və geridə qalmağa məhkum olması hər kəsə məlumdur.
Biz Azərbaycan Demokratik Birliyi – Berlik olaraq fars olmayan uşaqlara qarşı bu cinayətkar və irqçi sxemi qətiyyətlə pisləyirik. İrandakı farsdilli olmayan uşaqları bu zərbədən xilas etmək üçün və bu qəddar nasist və faşist layihələri qınamaq üçün bütün insan hüquqları beynəlxalq təşkilatları – uşaq hüquqları təşkilatlarına səslənirik. Biz bununla bütün humanitar və demokratik qüvvələri bu cür qeyri-insani layihələri qınamaq və tormozlamaq üçün birlikdə çalışmağa səsləyirik.
7 avqust 2019