Dünyanın ən böyük qapalı bazarının üzərindəki yanğın təhlükəsi
Təbrizin tarixi bazarının qarşısında bazarda işləyənlərin dayandıqları uzun bir neft alım növbəsinin videolarının yayılması ilə, təkrar yanğının baş vermə ehtimalını ağıllara gətirdi və bu dəyərli tarixi abidəyə ziyan vurmaqla bağlı narahatlıqlar bir daha artdı.
Dünən, 10 Dekabr tarixində bir İranwire vətəndaş jurnalistı, Təbriz bazarının qarşısında neft alma növbəsinin videosunu göndərməklə birlikdə bildirdi: Təbriz bazarında neft təmin etmə problemi bazarda olanların hər il etiraz etdiyi problemlərdən biridir. Bu vətəndaş neftin istifadəsinin yanğın çıxarma və bazara ziyan vurma riskini artıra biləcəyi barədə suala cavabında, ” çarəmiz yoxdur. Dükanları qızdırmaq üçün neftdən istifadə etmiriksə, elektrikli qızdırıcıların pulunu ödəyə bilməyəcəyik.”
Özü Təbriz bazarında bir dükançı olan bu vətəndaş jurnalist əlavə edir: “Təbriz bazarı, həyatın dəvam etdiyi bir şəhərə bənzəyir və yalnız mədəni irs məsələsi deyil. Bununla birlikdə, bu günə qədər bazarın təmiri üçün çox iş birliyi və maliyyə yardımı dükancılar tərəfindən edilmişdir. Hökumət məsuliyyətini qəbul edərsə, yenə də kömək etməyə hazırıq.”
Təbriz Tarixi Çarşısı dünyanın ən böyük qapalı bazarı və Təbrizin ən gözəl memarlıq əsərlərindən biridir. Bu bazar 27 hektar ərazidə tikilib və sıralarının uzunluğu beş kilometrdən çoxdur.
Təbriz Bazaarı, 1976-ci ilin Sentyabrında İranın milli abidələrindən biri olaraq qeydiyyata alındı Və 2010-cu ildə bu Bazaar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildi.
Təxminən beş min beş yüz hücrə və dükan və 40 növ iş yerləri ilə Təbriz bazarı, Təbriz xalqının əsas ticarət mərkəzi və İranın ən əhəmiyyətli antropoloji abidələr biridir. Lakin bununla birlikdə kanalizasiya, elektrik, telekommunikasiya və istilik sistemləri kimi infrastrukturun zəifliyi Təbriz bazarının əsas problemlərindən biridir.
Ayrıca, UNESCO tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən bu bazarda şəhər qazından istifadə edilmir. Qaz boruları binanın dağıdılması və deşilməsinə səbəb olur və eyni zamanda bazarın tarixi görünüşünə zərər verir. Digər tərəfdən qaz boruları üçün qazmalar bazarının böyüklüyünə görə bazarın gövdəsinə də zərər verəcəkdir.
Hər il soyuq mövsümün gəlməsi ilə Təbriz bazarındakı dükanlar və hücrələr standart olmayan istilik cihazları ilə istiləşdirmək üçün mümkün yanğınların baş verməsinə yardım edir.
Neft ilə çalışan qızdırıcı bu bazarda ən çox istifadə olunan istilik cihazlarından biridir. Bu cihazlar həm tüstü yaradaraq Təbriz bazarının quruluşuna zərər verir və yanğın ehtimalını artırır. Ayrıca Kiçik qaz piknikləri və elektrik enerjisinin bağlanması ilə fəlakətə səbəb ola biləcək elektrikli qızdırıcılar bu bazarda istifadə olunan başqa bir istilik cihazıdır.
2009-cu ilin Noyabrında Təbriz Barşısı yandı. Hadisə zamanı hər cür paltar və kosmetika satan bir mərkəz olan Tarixi “iki Qapılar” hissələri yandı. Qəzanın ehtimali səbəbi bu bazardakı mağazalardan birində neft ilə çalışan qızdırıcınən devirlməsı elan edildi.
On il sonra, 2019-cu ilin May ayında bu bazarda yenidən yanğın baş verdi və 100 mağaza yandı və bazara 20 milyard tümən ziyan dəydi. Bu dəfə elektrik sisteminin bağlantısı, qaz kapsullarının və sprey kimi yüksək dərəcədə yanıcı materialların olması yanğının səbəbi elan edildi.
Təbrizin tarixi bazarında baş verən hər yanğından sonra millət vəkilləri və Doğu Azərbaycan əyalətinin rəsmiləri Təbriz bazarında infrastruktur quracaqlarını və yeni təhlükəsizlik və istilik sistemləri quracaqlarını vəd edirlər. Lakin bir müddət sonra vədlər unudulur və bu dəyərli tarixi abidə öz ixtiyarına buraxılır.
Bu əyalətin Mədəni İrs Baş İdarəsinin Təbriz bazarını qorumaq planları kifayət qədər maliyyə olmama səbəbindən illərdir yarımçıq qalmışdır.
İsfahanın tarixi bazarında böyük bir radiator rolunu oynayan və ənənəvi istilik cihazlarından istifadənin zərərini azaldan mərkəzi isitmə sistemi kimi dizaynlar İsfahan tarixi bazarının mərkəzi isitmə sisteminin mühərrik otağı bazar ərazisindən kənarda yaradılıb və standart təhlükəsizlik avadanlığı quraşdırılaraq neft ilə çalışan qızdırıcı olmaması ilə yanğın ehtimalı praktik olaraq aradan qaldırılıb.
Ağıllı yanğın siqnalizasiya sisteminin olmaması, yanğınsöndürmə maşınlar üçün hadisə yerinə girişin çətin olmaması, bazar yerində kifayət qədər yanğın söndürmə sisteminin olmaması, standart olmayan elektrik qurğularının həddindən artıq yüklənməsi, fosil yanacaqların istifadəsi və standart istilik sisteminin olmaması, Təbriz bazarını atəşə məruz qoyan və bu bazarın qiymətli və tarixi quruluşuna ciddi ziyan vuran ən önemli amillərdəndir.