Dünya şöhrətli bəstəkar Ennio Morrikone 91 yaşında vəfat etdi
İyulun 6-sı Oskar mükafatı laureatı, italyan bəstəkar Ennio Morrikone yıxılmadan sonrakı sınıqdan müalicə olunduğu Roma xəstəxanasında ölüb. O, 91 yaşında idi.
Böyük musiqiçi, bəstəkar və dirijor olan Morrikone İtaliya və dünya kinosunun ən məşhur və gözəl film musiqilərinin müəllifi kimi tanınırdı.
400-dən çox filmə, o cümlədən indi klassikaya çevrilən Serxio Leonun “Yaxşı, Pis və Çirkin” və Qventin Tarantinonun 2016-cı ildə “Oskar” qazandığı “Mənfur səkkizlik” filmi üçün musiqi bəstələyib.
Digər məşhur film işlərinə “Bir ovuc Dollar”, “Missiya” və “Bir dəfə Amerikada” daxildir.
İtaliyanın ANSA xəbər agentliyinin verdiyi məlumata görə, Morrikone “iyulun 6-sı səhər saatlarında Romada iman rahatlığı ilə” vəfat edib deyə, ailənin dostu və vəkili Corcio Assumma tərəfindən ailəsini qeydləri oxunub və ictimaiyyətə çatdırılıb.
“Həmişə onun mövcudluğundan ilhamlanan təvazökarlıq hissinə hörmət əlaməti olaraq” Morrikonenin cənazə yığıncağı qapalı keçiriləcək” – deyə, Assumma bildirib. O həmçinin, maestronun sonadək aydınlıq və ləyaqətini qoruduğunu” əlavə edib.VOA