Dünya boyu 5.2 milyon insan COVID-19-a yoluxub, 338 mindən çox insan isə həyatını itirib
“Cənubi Amerika müəyyən mənada xəstəliyin yeni episentrinə çevrilib,” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan bildirib.
Çili, Meksiksa və Peruda yoluxma halları artmağa başlayıb.
The New York Times bildirir ki, Nyu Yorkda azı 161 uşaqda “koronavirusla əlaqəli olaraq müəmmalı sindrom əmələ gəlib”.
Birləşmiş Ştatlardan COVID-19 pandemiyasının episentri olan Nyu York həmçinin amerikalı uşaqlarda rast gəlinən müəmmalı xəstəliyin də episentrinı çevrilib. Nyu Yorkda azı üç uşaq multi-sistem iltihab sindromu adlı xəstəlik nəticəsində həyatını itirib.
Qəzetlər xəbər verir ki, ictimai laboratoriyada ölən uşaqların birincən alınan toxuma nümunəsi üzərində “intensiv sınaq” aparır. Nyu York ştatının tibb həkimləri və alimlləri də araşdırma aparırlar.
Aparıcı tibb jurnallarının birində dərc olunan araşdırmaya əsasən, ABŞ prezidenti Donald Trampın COVID-19-a yoluxmamaq üçün qəbul etdiyini dediyi malyariya dərmanının koronavirus xəstələri arasında daha çox ölüm hallarına gətirib çıxarır.
Cümə günü The Lancet jurnalında dərc olunan araşdırmada xətəxanalrda olan 96 min COVID-19 xəstəsi müşahidə olunub. Araşdırma nəticəsi göstərir ki, hidroksiklorokinlə müalicə olunan insanlarda qəfil ölümə səbəb olan nizamsız ürək döyüntüsü yaranıb.