Duman Radmehr: İran dövləti Urmiyə gölü məsələsinə ikinci dərəcəli vətəndaş baxışı ilə yanaşır
aycanının müxtəlif bölgələrində Urmiyə gölü üçün maarifləndirmə və etiraz kampaniyaları güclənir.
Siyasi fəal Duman Radmehr Amerikanın Səsi ilə müsahibədə deyir ki, milli hərəkata mənsub güclü bir partiya olmadığı üçün Urmiyə gölü məsələsi də digər məsələlər kimi davamlı deyil, sadəcə mövsümi şəkildə gündəmə gəlir.
Radmehr hesab edir ki, İran hakimiyyətinin Urmiyə gölü ətrafında yaşanan ekoloji fəlakəti kifayət qədər ciddiyə almaması məsələyə ikinci dərəcəli vətəndaşların məsələsi kimi yanaşdığını göstərir.
“Urmiyə gölü məsələsi bir ətraf mühit və çevrə məsələsidir, ancaq bir tərəfdən də bu ətraf mühit faciəsi o həddədir ki, onun ətrafında yaşayan milyonlar insanın həyat tərzini dəyişdirə bilər. Onları köçə məcbur edə bilər. Bu cəhətdən də bir ictima məsələdir”, siyasi şərhçi söyləyir.
Bəzi fəallar İran dövlətinin Urmiyə gölünü planlı şəkildə qurudub və bölgə əhalisini köçməyə məcbur etməyə çalışdığını irəli sürülər.
Duman Radmehrin sözlərinə görə, “ortada əldə tutacaq, isbat edəcək bir sənəd yoxdur ki, deyək dövlət bunu qəsdən qurudub. Ancaq, o zaman ki, gölün quruması hərkəsə aydın oldu, burada dövlətin səhlənkarlığını, məsələnin çözümünə ciddi yanaşmadığını gördük. Bu göstərir ki, burada mövzu Azərbaycan və türk insanı olduğu üçün, mərkəz dövlətin gözündə ikinci dərəcəli vətəndaş sayılır və fikri, canı və həyatı o qədər əhəmiyyətli deyil. Ona görə bunu ciddiyə almadı və az çalışdı”.
O əlavə edir ki, “biz görürük ki, İranın mərkəz bölgələrində ki, tarixən hər zaman quru və çöl olublar, bunlara milyardlar pul xərcləyib və körfəzdən və Omandan su çəkir. Onun yarısından azını Urmu gölünə xərcləsəydi göl daha yaxşı vəziyyətdə olardı”.
https://www.amerikaninsesi.org/a/7242960.html
Siyasi fəalın dediklərinə görə, İran hakimiyyəti ümumiyyətlə təbii fəlakət durumlarında qeyri-fars icmalara ikinci vətəndaş baxışı ilə yanaşır:
“Dövlət gölü nədən qurtarmır? Bu mərkəzi dövlətin qeyri-fars millətlərə necə baxmasına qayıdır. Yalnız bu məsələ deyil. Hər hansı faciə olduğunda, zəlzələ olsun, sel olsun və ya bu millətlərin haqqı-hüququ olsun, bunlarda məsələyə ikincı dərəcəli vətəndaş baxışı ilə yanaşır. Urmu gölü də bunlardan müstəsna deyil”.
Radmehr hesab edir ki, milli hərəkata mənsub güclü bir partiyanın olmaması səbəbilə Urmiyə gölü məsələsini davamlı şəkildə gündəmdə saxlamaq mümkün olmur.
“Bizdə güclü partiya yoxdur, elə ki, öz içində bir komitə ayıracaq və o komitənin işi bu mühüm məsələ yəni, Urmu gölünün vəziyyəti olacaq. Davamlı bunun haqqında həm ümumxalqı maarifləndirəcək və qoymayacaq gündəmdən düşə, həm də ki, bir basqı mexanizmi yaradacaq. Yəni, beynəlxalq ictimaiyyətdə işin ardını tutacaq və hesabatlar verdirəcək. İran dövlətinə Urmiyə gölü üçün BMT və bəzi dövlətlər tərəfindən köməkliklər oldu, pul verildi, bunları da gündəmdə tutmaq üçün o partiya və o partiya işi lazimdir. Bizdə güclü partiya olmadığı üçün təəssüf ki, işlərimiz belə mövsümi olur və daha da bətəri bəzən bizim gündəmi başqa qüvvələr təhmil edir” – deyə, Duman Radmehr əlavə edir.