Dörd yaşlı Təbrizli uşaq “Atalay” hələdə şəxsiyət vəsiqəsi yoxdu
Azərbaycanlı uşaq Atalayın atası Əli Aslani oğlunun 4 ildən sonra hələ də şəxsiyyət vəsiqəsindən məhrum olduğunu açıqlayıb.
Cənab Aslani İnstaqram səhifəsində məlumat verib: “Dörd ildir ki, hər qapını döyürəm, hətta Doğu Azərbaycan Vətəndaşlıq Dairəsi ilə bağlı şikayət də etmişəm. Bir neçə dəfə Tehranda olmuşam, amma Təbriz Vətəndaşlıq Dairəsi bunu qəbul etmir. Mən haqqımdan əl çəkməyəcəyəm və nəhayət, bu ada şəxsiyyət vəsiqəsi alacam”.
Valideynlər tərəfindən seçilən adlara şəxsiyyət vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə Ərdəbilli bir uşaq olan “Ayıl” üçün şəxsiyyət vəsiqəsinin verilməməsi və Ayılın atasının şəhər qeydiyyat idarəsi qarşısında etiraz etdiyi bir videonun yayılması “Ayıl Kampaniyasının” başlanğıc nöqtəsi idi. Bu kampaniyada Ayılın valideynlərinin bu uşaq üçün şəxsiyyət vəsiqəsi alamadıqları etirazına əlavə, oxşar bir maneə yaşayan başqa Azərbaycanlı ailələr də yaşadıqları təcrübələri sosial şəbəkələrdə dərc etməyə başladılar. Bununla yanaşı iranlı bəluç, kürd və ərəb ailələri də sosial mediada paylaşım edərək uşaqları üçün doğum şəhadətnaməsi alarkən qarşılaşdıqları eyni maneələri tənqid etmişdilər.
Ən son halda, Təbrizli uşağa seçilən ada görə şəxsiyyət vəsiqəsi verməkdən dörd ilə yaxın imtina edən Təbriz Qeydiyyat İdarəsi nəhayət ictimai rəyin təzyiqi və uşağın ailəsinin qanuni axtarışı ilə “Ataxan”a şəxsiyyət vəsiqəsi verib.
İranın Vətəndaşlıq Qeydiyyatı Təşkilatı təsdiqlənmiş adlarının siyahısını yayımlayaraq vətəndaşlardan bu adları uşaqları üçün seçmələrini istəyir. Valideynlər tərəfindən seçilən ad Qeyd idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün bu təşkilatın (ad komitəsinin) idarə heyətinə göndəriləcək və təsdiq edilmədiyi təqdirdə adın seçilməsinə icazə verilməyəcək.
Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarına zidd olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.
#Azərbaycan_xəbərləri #uşaq_hüquqları #Türkcə_adlar